Ronaldu ilə baş məşqçi arasında gərginlik yaranıb
İdman
4148
04 Dec 2022 | 18:30

Ronaldu ilə baş məşqçi arasında gərginlik yaranıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ilə baş məşqçi Fernandu Santuş arasında gərginlik yaranıb.
 
Buna 68 yaşlı mütəxəssisin ulduz oyunçunu Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin hər 3 matçında əvəzləməsi səbəb olub. 37 yaşlı hücumçu maksimum dərəcədə çox şans qazanmaq istəyir.
 
İddiaya görə, məsələ Portuqaliya Futbol Federasiyasının nəzarətinə götürülüb. Qurum mundial dövründə komanda daxilində sabitliyin pozulmasını istəmir.
 
Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.(Report)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər