Krımın azad edilməsinin
Ekskluziv
4076
04 Dec 2022 | 13:09

Krımın azad edilməsinin "açar-şəhəri" hansıdır?

Müharibədə həlledici dönüş nə zaman baş verəcək...
 
"Ukrayna ordusu Melitopolu azad etdikdən sonra Krımın azad edilməsinə başlaya bilər..."
 
"Belə mürəkkəb və güclü əməliyyatın uğuru Ukraynanın Qərb tərəfdaşlarının lazımi qədər hücum silahlarının verilməsindən asılıdır..."
 
"Ukraynanın Krımı altı aydan sonra geri qaytarması tamamilə gerçək ssenaridir..."
 
Ukrayna ordusu Melitopol şəhərini işğaldan azad edəndən sonra müvəqqəti işğal edilən Krımın azad edilməsinə başlaya bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Zerkalo nedeli" ("Həftənin aynası")  həftəlik nəşrində Ukrayna Silahlı Qüvvələrinin general-mayoru, hibrid təhlükələrin öyrənilməsi və onlara qarşı müqavimət göstərilməsi Analitik mərkəzinin rəhbəri Sergey Savçenko yazıb.
 
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz və Azov dənizi sahillərinə çıxışı Rusiya Federasiyası donanmasına zərbələr endirməyə şərait yaradacaq, Rusiyanın bütün qruplaşmasını yarıya-şərq və qərb hissələrinə böləcək və müharibədə qəti və köklü dönüşə gətirib çıxaracaq.
 
Bundan başqa, Melitopolun azad edilməsi Kerç körpüsünə, Kerç boğazından bərə keçidlərinə, habelə Rusiya Federasiyasının Krımda və Novorossiyskdəki donanmasına zərbələr endirməyə imkan verəcək, bu da Ukrayna şəhərlərini ölkənin cənubunda Rusiyanın raket hücumlarından qorunmasını təmin edəcək.
 
"Bizim Melitopol şəhərini azad edəcəyimiz təqdirdə təcavüzkarın düşəcəyi vəziyyətin kritikliyini təsəvvür etmək çətin deyil. Bundan sonra hadisələrin inkişafını, qoşunlarımızın Krım bərzəxlərinə çıxışı, Krımın azad edilməsi, şərqdə təcavüzkarın qoşunlarının darmadağın edilməsinı təsvir etməyə ehtiyac yoxdur. Bütün bunların açarı Melitopolun azad edilməsidir", - Savçenko yazır.
 
Lakin o, vurğulayır ki, belə mürəkkəb və güclü əməliyyatın uğuru ilk növbədə Ukraynanın Qərb tərəfdaşlarının lazımi miqdarda hücum silahlarının verilməsindən asılıdır.
 
Krımın azad edilməsi ilə bağlı digər fikirlər də səsləndirilib.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, yarım ildən sonra Ukrayna Krımı geri qaytaracaq. Bu sözlər Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevi çox qəzəbləndirib.
 
Bu zaman prezident Ofisi rəhbərinin digər müşaviri Aleksey Arestoviç qeyd edib ki, Krımın altı aydan sonra qaytarılması mümkündür. O, deyib ki, Krımı müdafiədə saxlamaq üçün son dərəcə rahatsız və həssas obyektdir.
 
Hərbi ekspert Oleq Jdanov da həmçinin Krım yarımadasının yarım ildən sonra Ukraynaya qaytarlmasını tamamilə gerçək ssenari hesab edir.
Link kopyalandı!
Son xəbərlər