Moldova Rusiya qoşunlarının qeyd-şərtsiz öz ərazisindən çıxarılmasını tələb etdi...
Ekskluziv
4357
02 Dec 2022 | 09:14

Moldova Rusiya qoşunlarının qeyd-şərtsiz öz ərazisindən çıxarılmasını tələb etdi...

Moldova Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını və sovet dövründən qalan silah-sursat anbarlarının ləğvini tələb edir.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, belə bir bəyanatla Moldova baş nazirinin müavini Niku Popesku ATƏT xarici işlər nazirləri şurasının iclasında çıxış edib.
 
"Rusiya silahlı qüvvələrinin ölkə ərazisindəki qeyri-qanuni mövcudluğu Moldovanın suverenliyini və neytral statusunu pozur. Biz Rusiya Federasiyasının 1999-cu ildə ATƏT-in İstanbul sammitində götürdüyü öhdəliklərinə uyğun olaraq Rusiya ordusunun Moldova Respublikası ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını qətiyyətlə tələb edirik”, - deyə Moldova rəsmisi bəyan edib.
 
Popeskunun sözlərinə görə, xüsusən Kolbasna yaxınlığındakı sursat anbarını ləğv etmək lazımdır, çünki o, bütün region üçün təhlükə yaradır...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər