Cəmiyyət
3920
01 Dec 2022 | 19:20

"Mənim vəzifədə qalmağım dəqiq bilinmir" - Misir Mərdanov nazirlə görüşdən DANIŞDI

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən danışıb. 
 
Sabiq təhsil naziri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib: 
 
"Rəhbəri olduğum Riyaziyyat və Mexanika İnstitutu da nazirliyin balansına keçib. Nazir gəlib institutla ilə tanış oldu. Yanvar ayının 1-də nazirliyə keçidlə əlaqədar müzakirələr apardıq".
 
Misir Mərdanov həmçinin bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsində qalıb-qalmaması məsələsinə sonra baxılacaq: 
 
"Mənim vəzifədə qalmağım dəqiq bilinmir. Bu məsələ nazir və sözügedən qurumun vəzifəli şəxslərindən aslıdır. Görüşdə bu məsələ müzakirə mövzusu olmadı".
Link kopyalandı!
Son xəbərlər