İşdən çıxarılan Zakir Qaralovun əmisi qızından AÇIQLAMA: “Anım Günündə qırmızı geyinməyim...”
3854
29 Nov 2022 | 18:41

İşdən çıxarılan Zakir Qaralovun əmisi qızından AÇIQLAMA: “Anım Günündə qırmızı geyinməyim...”

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
 
Manset.az-a açıqlama verən Mehriban Qaralova işdən çıxmasını təsdiqləyib:
 
“Bəli, mən işdən uzaqlaşmışam. Bir müddət istirahət edəcəyəm. Bəzi şəxslər mənim Anım Gününə qırmızı geyimdə getdiyimə görə işdən çıxarıldığımı deyirlər. Qırmızı geyinməyimin bu məsələyə aidiyyəti yoxdur. Bu çoxdan olmuş hadisədir”.
Link kopyalandı!
Son xəbərlər