Ekskluziv
3495
29 Nov 2022 | 08:59

"Kremldə müharibəni dayandırmaq cəhdini müdafiə edən bir partiya yaradılır..."

Rusiya Federasiyası Prezidentinin administrasiyasında belə bir konsepsiya dolaşır ki, Ukraynaya qarşı müharibədə artıq əldə olunanları rəsmiləşdirib dayanmaq üçün şərait yaratmaq lazımdır.
 
Moderator.az xəbər verir ki, bunu "GORDON" internet nəşrinin yaradıcısı Dmitri Qordona müsahibəsində rusiyalı hüquqşünas və bloqçu, Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin söyləyib.
 
"Bundan sonra onlar yalnız uçuruma yuvarlana bilərlər. Yeri gəlmişkən, istisna etmirəm ki, müxtəlif iqtisadi göstəricilər var; elə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın və s. hesablamaları da göstərir ki, onlar uzun müddət əməliyyat aparmağa kifayət etməyəcəklər. Enerji resurslarına qiymət dəhlizi tətbiq etsələr, enerji resurslarının satışından gələn gəlirlər xeyli azalacaq... Qərbdən təzyiqlər daha da artsa... Və Əgər Çin hansısa şəkildə bu işə qarışsa, o zaman imkanlar nə vaxta qədər  yetəcək? Ona görə də istisna etmirəm ki,  Kremldə bütün bunları dayandırmaq cəhdini müdafiə edən bir partiya yaradılır. Və onlar deyir ki, “Gəlin heç olmasa, əldə olunanlar üzərində dayanmağa çalışaq...”- deyə sabiq Duma üzvü bildirib.
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər