Müəmmalı ölüm: İnfarkt, zəhərlənmə, yoxsa alın yazısı?..
Ekskluziv
3171
27 Nov 2022 | 12:53

Müəmmalı ölüm: İnfarkt, zəhərlənmə, yoxsa alın yazısı?..

"Belarusun XİN rəhbəri Kreml üçün kifayət qədər rahat fiqur olmayıb..."
 
"O, Belarusun çoxvektorlu xarici siyasət kursunun tərəfdarı, peşəkar və vətənpərvər kimi ölkəsinin maraqlarını beynəlxalq müstəvidə səmərəli şəkildə müdafiə edib..."
 
Belarus XİN rəhbəri Roma Papasının elçisi ilə məxfi görüşdən dərhal sonra dünyasını dəyişib
 
Belarusun xarici işlər naziri Vladimir Makey Vatikan rəhbərinin elçisi ilə "məxfi danışıqlar"dan sonra dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bunu Britaniyanın "The Daily Mirror" nəşri iddia edir.
 
"Müəmmalı ölüm onun Roma Papasının elçisi Ante Yoziçlə görüşündən və Ukraynada
münaqişənin dayandırılması üzrə məxfi sülh planını müzakirə etməsindən sonra baş verib", - məqalədə deyilir.
 
Məqalə müəllifi qeyd edib  ki, Makey Minsklə Qərb ölkələri arasında yeganə rabitə kanalı olub.
 
Jurnalistin informasiya mənbəyi vurğulayıb ki, bu ərəfədə Mekeyin sağlamlığı heç bir həyəcan doğurmayıb. 
 
Digər həmsöhbət isə bəyan edib ki, Belarusun xarici siyasət idarəsinin rəhbəri "öz sağlamlığına ciddi yanaşmayıb".
 
Məqalədə deyilir ki, əldə olunan razılaşmaya görə, bu gün-sabah Makey rusiyalı həmkarı Sergey Lavrovla görüşməli idi.
 
Ukrayna Daxili İşlər Nazirinin birinci müavini Anton Qeraşşenko özünün "Twitter" səhifəsində yazıb:
 
"Belarusun xarici işlər naziri Vladimir Makey öz ölümü ilə ölə bilməzdi. Onun zəhərləndirilməsinə gümanlar var".
 
O, qeyd edib ki, 10 ildən artıq Belarusun xarici siyasət idarəsinə başçılıq edən diplomat Kreml üçün kifayət qədər rahat fiqur olmayıb.
 
"Onun zərərləndirilməsi barədə şayiələr dolaşır. O, Rusiyanın təsirində olmayan az sayılı adamlardan olub. Şayilər gəzir ki, bu, Lukaşenkoya eyham da ola bilərdi", - Qeraşşenko deyib.
 
"Naşa niva" nəşri məlumat verib ki, Makey öz evində ürək infarktından vəfat edib. Diplomat vaxtında həkimlərə müraciət etməyib, çünki öz vəziyyətinə ciddi yanaşmayıb.
 
Bu ərəfədə Amerikanın RLI analitikləri Rusiyanın hərbi idarəsindəki mənbələrə istinadən bəyan edib ki, Kreml Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Belarus prezudenti Aleksandr Lukaşenkonu aradan götürmək niyyətindədir.
 
Makey Belarusun çoxvektorlu siyasi kursunun tərəfdarı kimi tanınıb. O, məhz belə xarici siyasət yeridilməsinə səy göstərib və respublikanın bir çox nailiyyətlərinin məhz buna əsaslandığını bəyan edib.
 
O, peşəkar və əsl vətənpərvər kimi öz ölkəsinin maraqlarını beynəlxalq müstəvidə səmərəli şəkildə müdafiə edib.
Link kopyalandı!
Son xəbərlər