Bizi sosial şəbəkələrdən izləyin:
İmanqali Tasmaqambetov 2023-cü ildən KTMT-nin baş katibi olacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yaxın üç ildə KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan təmsilçisi İmanqali Tasmaqambetov icra edəcək.
Qeyd edək ki, İ.Tasmaqambetov 2002-ci ildə Qazaxıstanın baş naziri, 2003-cü ildə isə dövlət katibi, 2014-cü ildə müdafiə naziri, 2016-cı ildə isə baş nazirin müavini təyin edilib. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Mənbə: BaigeNews.kz