DTA: “İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq”
Cəmiyyət
3049
23 Nov 2022 | 12:03

DTA: “İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq”

"İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq".
 
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
 
"Azərbaycanlılar özləri Qarabağda turizmin inkişafına sərmayə qoyurlar, onlar ölkəsi üçün faydalı iş görmək istəyirlər. Azərbaycan hökuməti investorlar üçün müəyyən güzəştlər nəzərdə tutan sənədlər paketi hazırlayır”, - o deyib.
 
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin böyük turizm potensialı var: "Artıq bir neçə yerdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparılır.
 
Bundan əlavə, biz başqa ölkələrdən investorları cəlb etmək üçün investisiya şəraiti yaradırıq. Ancaq başa düşmək lazımdır ki, müharibə bir müddət əvvəl başa çatıb və o ərazilərdə hələ də minalardan təmizləmə prosesi gedir.
 
Biz vətəndaşların tam təhlükəsizliyini təmin etmək üçün bir sıra dövlət qurumları ilə işləyirik. Bu ilin sonuna kimi Tərtər rayonu, Suqovuşanda turizm infrastrukturunu istifadəyə verməyi planlaşdırırıq. Orda su anbarı var ki, onun ətrafında turizm zonası yaratmağa başladıq.
 
Biz məcburi köçkünlərin tezliklə bu torpaqlara qayıtması üçün hər şeyi edirik. Bu, o cümlədən turizm üçün çox vacibdir".
 
Link kopyalandı!
Son xəbərlər