Ekskluziv
3130
22 Nov 2022 | 06:58

"Ailə insanı müxtəlif pis əməllərdən və günahlardan qoruyan bir qalxandır..." 

Ağıl və məntiq süzgəcindən keçməmiş tələm-tələsik qərarlarla qurulan ailələrdə ailədaxili münaqişələrə çox rast gəlinir. 
 
Uca Allah Quranda belə buyurur: “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər..."
Rəsulullahın evliliyə təşviqi...
 
Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.
 
Quranda evliliyə təşviq
 
Uca Allah Quranda belə buyurur: “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”[1]
 
Başqa bir ayədə isə: “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur.”[2] buyurur. Bu ayəyə əsasən demək olar ki, Uca Allah insanı cüt yaratmış və birgə yaşamağını istəmişdir.
 
Sünnədə evliliyə təşviq
 
Rəsulullah (s.ə.s) özü evlənmiş və ümmətinə də ailə qurmağı tövsiyə etmişdir. Allah Rəsulu (s.ə.s) evliliyi əmr edər və “Şirin və uşaq dünyaya gətirəcək qadınlarla evlənin, qiyamət günündə mən digər peyğəmbərlərin yanında sizin çox olmağınızla öyünəcəyəm”, − deyərdi.”[3] Çünki ailə insanın özünün, həyat yoldaşının və uşaqlarının rahatlıq tapacağı yerdir. Eyni zamanda ailə nəslin davam etməsi üçün bir vəsilədir, insanı müxtəlif pis əməllərdən və günahlardan qoruyan bir qalxandır. Rəsulullah evlənməməyi isə heç xoş qarşılamamışdır.[4]
Həzrət Peyğəmbər (s.ə.s.) ailəsinə mənsub olan şəxslərin evlənmə məsələsi ilə yaxından maraqlanmışdır. Məsələn: azad etdiyi köləsi Əbu Rafini azad etdiyi Səlma[5] ilə evləndirmişdir. “Kim cənnətlik bir qadınla evlənmək istəyirsə, Ümmü Eymənlə evlənsin!” sözləri ilə təriflədiyi Ümmü Eyməni azad etdiyi köləsi Zeyd ibn Harisə ilə evləndirmişdir.[6]
 
Vasitəçi olmaq
 
Peyğəmbərimiz (s.ə.s) evlənmək istəyənlər arasında vasitəçilik etməyi də təqdir etmişdir:
“Evlənmək istəyən iki nəfər arasında vasitəçi olmaq, ən fəzilətli vasitəçilikdir (əməldir).”[7]
 
Məsələn: Həzrət Peyğəmbər (s.ə.s.) dul qalan qızlarının da ailəvi problemlərinə laqeyd qalmamış, peyğəmbərlikdən əvvəl Əbu Ləhəbin oğlu Utbə ilə evləndirdiyi Ruqiyyəni Utbə boşadıqdan sonra[8] Həzrət Osmanla (r.a.) evləndirmişdir. Bədir döyüşündən sonra Ruqiyyə vəfat etdiyinə görə yenə Əbu Ləhəbin başqa bir oğlundan (Uteybə) boşanmış Ümmü Gülsümü (r.a.) Həzrət Osmanla (r.a.) nikahlamışdır.[9]
 
İmkanı olan ailə qursun, olmayan oruc tutsun!
 
Rəsuli-Əkrəmin (s.ə.s) gənclərə etdiyi bu tövsiyə də olduqca mühümdür:
 
“Ey gənclər! Kimin evlənməyə imkanı varsa, ailə qursun. Evlənə bilməyənlər isə oruc tutsun. Çünki oruc (insanı)  haramdan qoruyan qalxandır.” [10]
 
Əvvəla oruc ümumi mənada bir pəhriz funksiyası yerinə yetirir. Mədə ilə birlikdə digər bəşəri duyğuları da nəzarət altına alıb Allahın əmr etdiyi istiqamətdə işləməsini asanlaşdırır.
 
İkincisi, evlilik ciddi bir məsələdir. Adi bir iş deyildir ki, insan düşünüb-daşınmadan dərhal qərar verib ailə qurmaq istəsin. Ağıl və məntiq süzgəcindən keçməmiş tələm-tələsik qərarlarla qurulan ailələrdə ailədaxili münaqişələrə çox rast gəlinir. Məhz bu cür ailələrdə böyüyən uşaqlar düzgün tərbiyə görmür, analı-atalı olsa da, yetim kimi böyüyür, bəzən də valideynlərinə, hətta cəmiyyətə düş­mən kəsilir, hissiz, duyğusuz yetişirlər.
 
Evliliyi asanlaşdırmaq
 
 
Mənbələr:
 
[1] Nur, 24/32.
[2] Əraf, 7/189.
[3] Əhməd ibn Hənbəl, Müsnəd, 3/158; 3/245.
[4] Əhməd İbn Hənbəl, 3/157, 245.
[5] İbn Sad, Təbəqat, 4/74.
[6] İbn Sad, Təbəqat, 8/224.
[7] İbn Macə, Nikah, 49.
[8] Heysəmi, Məcməüz-Zəvaid, 9/216.
[9] Heysəmi, Məcməüz-Zəvaid, 9/88.
[10] Buxari, Nikah, 2; Müslim, Nikah, 1,3; İbn Macə, Nikah, 1.
 
Meneviyyat.az
 
Link kopyalandı!
Son xəbərlər