Ərdoğan və Zelenski taxıl müqaviləsinin uzadılmasını müzakirə etdilər
Dünya
3835
18 Nov 2022 | 21:21

Ərdoğan və Zelenski taxıl müqaviləsinin uzadılmasını müzakirə etdilər

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukrayna limanlarından ərzaq ixracına dair 120 gün uzadılmış sazişin icrasını müzakirə ediblər.
 
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə qeyd edib.
 
Zelenski, həmçinin bildirib ki, Ərdoğanla müdafiə və enerji sektorlarında əməkdaşlığı müzakirə edib.
 
Ukraynadan ərzaq ixracına dair müqavilələr iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Sazişlərdən biri noyabrın 19-dək qüvvədədir və Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər