Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın ermənipərst "RBK" telekanalı jurnalist İlya Doronovun Azərbaycan torpağındakı separatçı-terrorçu hayk rejiminin üzdəniraq qanunsuz "dövlət naziri" Ruben Vardanyanla anons edilmiş eksklüziv müsahibəsini təqdim etməyib.
Moderator.az xəbər verir ki, bu haqda R.Vardanyan öz teleqram-kanalında məlumat yayıb.
Rusiya jurnalisti Ermənistana xüsusi olaraq bu müsahibə üçün səfər edib. Putinin milyarder "desantı" ilə söhbət onun tərəfindən lentə alınıb və anons edilib. Lakin "RBK" materialı yayımlamaqdan imtina edir.
Azərbaycan Respublikası ərazisində qanunsuz ictimai-siyasi və iqtisadi-maliyyə fəaliyyəti ilə məşğul olan R.Vardanyan həyasızcasına imtina səbəbi kimi müsahibənin anonsundan sonra guya "Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə İlya Doronov və onun ailə üzvlərinə fiziki zorakılıq hədələri ilə çıxış etməsi"ni göstərib...
Sultan Laçın