Kadırov Ukrayna ilə özünün sülh şərtlərini açıqladı...
Ekskluziv
6922
16 Nov 2022 | 20:36

Kadırov Ukrayna ilə özünün sülh şərtlərini açıqladı...

"Ukrayna hakimiyyəti o vəziyyətdə deyil ki, şərtlərini diktə etsin..."
 
"Biz Qərbə Ukraynaya yardım adı altında gizlənərək və demokratiyadan dəm vuraraq böyük ölkəmizi dağıtmağa imkan verməyəcəyik..."
 
"Bender faşistləri və şeytanlarını hər damla qana görə cavab verməyə məcbur edəcək könüllülərimiz, silahımız, həvəsimiz kifayət qədərdir..."
 
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlanması üçün irəli sürdüyü şərtləri "gülməli" adlandırıb.
 
"Ukrayna hakimiyyəti o vəziyyətdə deyil ki, şərtlərini diktə etsin. Bizim öz şərtlərimiz var və xeyli dərəcədə realdır".
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında bəyan edib.
 
Onun sözlərinə görə, sülh prosesi Ukraynanın DXR, LXR, Zaporojye, Xerson, Krım və Sevastopolun Rusiyaya məxsus olmasını" tanıdıqdan, habelə "rusdilli əhali üzərində vəhşiliklərə görə məsuliyyət daşıyan bütün faşist cinayətkarları və şeytanları" təhvil verdikdən sonra başlaya bilər.
 
"Gördüyünüz kimi, burada, Zelenskinin şərtlərindən fərqli olaraq, çətin bir şey yoxdur. Biz bu şeytanlarla yan-yana yaşamaq niyyətində deyilik. Biz Qərbə Ukraynaya yardım adı altında gizlənərək və demokratiyadan dəm vuraraq, böyük ölkəmizi dağıtmağa və öz ənənələrimizi və Tanrıya inamımızı unutdurmağa imkan verməyəcəyik", - Kadırov qeyd edib.
 
Çeçenistan rəhbəri həmçinin məlumat verib ki, "əgər birdən mümkün olmayan baş verərsə və xüsusi əməliyyat bu şərtlərə əməl edilmədən bitərsə, Çeçenistan Respublikasında bender faşistləri və şeytanlarını hər damla qana görə cavab verməyə məcbur edəcək könüllülər tapılacaq və mən də onların arasında olacağam".
 
"Narahat olmayın, Ali Baş Komandanın əmrini icra etmək və şeytanların Rusiyaya qarşı çıxış etmək istəyinə son qoymaq üçün bizim könüllülərimiz, silahımız, həvəsimiz kifayət qədərdir", - Kadırov vurğulayıb.
 
Xatırladaq ki, G20 sammitində Zelenski müharibənin bitməsinin 10 şərtini irəli sürüb. Onların arasında BMT Nizamnaməsinin icrası və ərazi bütövlüyünün və dünya düzəninin bərpası, Rusiya qoşunlarının çıxarılması və döyüş əməliyyatlarının dayandırılması, müharibənin bitməsinin qeydə alınması şərtləri də var.
Link kopyalandı!
Son xəbərlər