Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb
Cəmiyyət
4241
16 Nov 2022 | 14:55

Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib, Gəncə Apellyasiya Məhkəməsinin müraciəti icraata götürülüb.
 
Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
 
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 9-na təyin edilən iclasında baxılacaq.
Link kopyalandı!
Son xəbərlər