"Makron diplomat kimi şöhrət qazanmaq istəyərkən tamamilə əksinə nail olub..."
"Makron Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa can atır..."
"Makronun vasitəçilik missiyasının iflasa uğraması Ermənistan-Azərbaycan münaqişəsində də özünü büruzə verib..."
"Fransız liderinin qarşısında çox mürəkkəb vəzifə dayanır, axı, Ərdoğan onun dostu deyil və görünür ki, o, Putinlə Zelenski arasında vasitəçi olmağa daha yaxındır..."
Makron diplomatik uğurları ilə tanınan vasitəçi prezident obrazını yaratmaq istəyir. Lakin onda açıq-aşkar bu, alınmır.
Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq Al- Awsat" nəşrində dərc edilən məqalədə deyilir.
Fransanın iflasa uğrayan xarici siyasəti onun beynəlxalq aləmdə təsirinin və ABŞ kimi çoxdankı müttəfiqlərinin itirilməsi ilə nəticələnə bilər. Makron deyir ki, Ukraynada digər münaqişə zonalarında olduğu kimi sülh mümkündür. O, xeyli diplomatik uğurlara nail olan vasitəçi prezident obrazını yaratmaq istəyir. Lakin onda heç nə alınmır.
Paris sülh forumunda çıxış edən Makron öz xarici siyasət xəttini davam edib. Onun çıxışı 23-25 oktyabrda Romada dünya din nümayəndələrinin illik "Sülhə çağırış. Dinlərin və mədəniyyətlərin dialoqu" görüşündə etdiyi çıxışının davamı olub. Üstəlik, BMT Baş Assambleyasının 77-ci sessiyasında o, "dünyanın bölünməsi"nə yol verməməyə çağırış edib.
"O, vasitəçilik roluna nail olmağa çalışır", - bunu Fransanın Çində, Böyük Briyaniyada və Rusiyada sabiq səfiri Silvi Bermann bəyan edib.
O, əlavə edib ki, bu, onun "xoşuna gəlir" və o, "güzəştlərə nail olmağı" xoşlayır. Onun başqa variantları yoxdur, çünki iyun ayında Fransada keçirilən parlament seçkilərində Makronun partıyası mütləq əksəriyyətə nail ola bilməyib, bu da onun milli arenada manevr imkanlarını azaldıb.
Makron Paris forumunda Venesuela prezidenti Nikolas Maduro və onun opponentləri arasında dialoqu bərpa etməyə və ölkəni siyasi dalandan çıxarmağa cəhd edib. Lakin heç bir irəliləyiş əldə olunmayıb. Venesuela Fransa liderinin qarşısında duran çoxsaylı problemlər sırasındadır.
Bu yaxınlarda Yelisey Sarayı Ukraynada vəziyyətlə bağlı mətbuat konfransı keçirib. Orada Makronun "uğurları" və digər münaqişələrdə- Konqo Demokratik Respublikası ilə Ruanda arasında gərginliyin azaldıımasından Bolqarıstan ilə Şimali Makedoniya arasında mübahisənin nizama salınmasınadək onun vasitəçilik rolundan, habelə Livanla İsrail arasında sövdələşməyə nail olması barədə geniş danışılıb. Məqsəd aydındır: Makron münaqişələrin dinc nizamlanmasında böyük uğurlar qazanıb. Lakin bu "uğurlar" məhduddur.
Buna sübut olaraq Konqo ilə Ruanda arasında münasibətlərin pisləşməsini, Ermənistan-Azərbaycan münaqişəsinin qışızmasını göstərmək olar, burada nə Bakının, nə də Moskvanın Parisin vasitəçilik missiyası ilə işi yoxdur.
Fransa prezidenti öz səylərini Rusiya-Ukrayna münaqişəsində cəmləşdirib. O, digər Qərb liderləri ilə təmaslardan imtina edən öz rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı öz üzərinə götürüb. Makronun ABŞ prezidenti Co Baydenlə fikir ayrılığı var və hesab edir ki, Moskva ilə Kiyev arasında danışıqlar Ukrayna xalqı və onun liderinin onların şərtləri barədə qərar qəbul etdikdən sonra mümkün olacaq.
Danışıqlara çağırış edilməsi Ukraynanı çox məyus edib. Bermannın sözlərinə görə, Makron təslim olmalı deyil. Rusiya ilə rabitə kanalını saxlamaq vacibdir. Putini boykot etməyin lazım olduğunu deyənlər yanılır. Dialoqun saxlanılması, məsələn, beynəlxalq inspektorların maneəsiz olaraq münaqişə zonasında olan atom elektrik stansiyalarına daxil olması və ya taxıl ixracı ilə problemlərin olmaması üçün zəruridir.
Fransız lideri qarşısında çox mürəkkəb vəzifə dayanır, üstəlik, Türkiyə prezidenti Ərdoğan onun ən yaxşı dostu deyil və görünür ki, Putinlə Zelenski arasında vasitəçi olmağa yaxındır.
Monten institutunun xüsusi müşaviri Mişel Dyuklo Makron barəsində çox sərt danışıb. Onun sözlərinə görə, Fransa prezidenti uzun müddət düşünüb ki, onun şəxsi əlaqələri və inandırmaq bacarığı Putinin mövqeyini dəyişməyə sövq edəcək. Makron yanılıb, indi Paris Polşa və Baltikyanı ölkələr kimi bir sıra Avropa müttəfiqlərinin, həm də ABŞ-ın etimadını itirmək riskinə məruz qalıb.