Bizi sosial şəbəkələrdən izləyin:
Ağsu rayon sakini həkimin vurduğu iynədən sonra vəfat edib.
“Unikal”ın məlumatına görə, bu barədə onun qohumları məlumat verib.
Bildirilib ki, Gəgəli kənd sakini Rafiq Eminov bu gün səhər boğazında yaranan problemlə bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasına gedib. Həkimin vurduğu iynə onu şoka salıb, bundan sonra sözügedən şəxs dünyasını dəyişib.
Hazırda R.Eminovun əsas ölüm səbəbinin müəyyənləşdirilməsi üçün onun meyiti müayinəyə aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, qohumları mərhumun dünən sağlam vəziyyətdə nəvəsinin toyunda iştirak etdiyini bildiriblər.