Tarixi min illərə dayanan, adına mahnılar qoşulan, dünyada “qırmızı qızıl” adlandırılan zəfəran.
Uzun illər Bakıda yaşayan Laqarovlar ailəsi 12 il əvvəl öz ata-baba yurdu olan Zaqatalanın Əliabad qəsəbəsinə qayıdıb. Sabir Laqarov özü ilə gətirdiyi üç ədəd zəfəran kökünü əkib çoxaltmağa başlayıb.
“Sübut etdim ki, zəfəran Zaqatala şəraitində daha yaxşı yetişir və məhsuldarlıq üç-dörd dəfə daha çoxdur”, - o qeyd edib.
82 yaşlı Sabir babaya bu əziyyətli işdə ömür-gün yoldaşı Rahilə xanım da yardım edir. Cütlük, demək olar ki, həyatını zəfəran yetişdirməyə həsr edib.
Hazırda dünya bazarında zəfəranın 1 qramı 100-150 dollar, 1 kiloqramının qiymət isə 10-11 min dollar təşkil edir.
82 yaşlı Sabir Laqarov da bildirib ki, əgər satış bazarları olsa, qızıldan qiymətli bu bitkini çoxaldıb inkişaf etdirmək üçün daha böyük təsərrüfat yarada bilər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: