Prezident: “TDT ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir”
Cəmiyyət
4041
11 Nov 2022 | 10:54

Prezident: “TDT ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir”

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.
 
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
 
“2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”, - Prezident İlham Əliyev vurğulayıb.
 
Azərbaycan Prezidenti türk dünyasının böyük bir ailə olduğunu deyib:
 
“Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Link kopyalandı!
Son xəbərlər