"Bu elmi iş kötük hüceyrələrindən qan istehsal etmək üçün inqilabi addımdır..."
"Biz ümid edirik ki, laboratoriyada yetişdirilən eritrositlər qan donorlarından alınanlardan daha çox yaşayacaq..."
"İlk sınaqlar uğurlu olarsa, hazırda uzunmüddətli qanköçürmələrə ehtiyacı olan pasiyentlərə gələcəkdə daha az köçürmələr tələb olunacaq..."
"Gələcəkdə insanların süni qanla təmin edilməsi çoxsaylı insan həyatını xilas etməyə imkan verəcək..."
Böyük Britaniya alimləri süni eritrosit əldə edib, bunun sayəsində laboratoriyada yetişdirilən qan vacib kliniki sınaq zamanı ilk dəfə olaraq bir neçə adama köçürülüb.
Moderator.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Kembric və Bristol universitetlərinin alimləri, həmçinin Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) mütəxəssisləri iki pasiyentə laboratoriyada yetişdirilən eritrositlərin cüzi dozasını yeridib, onların insan orqanizminin daxilində davranışını izləyiblər.
Ekspertlər qeyd edib ki, hələlık, heç bir yan təsirlər müəyyən edilməyib.
"Bu elmi iş kötük hüceyrələrindən qan istehsal etmək üçün inqilabi addımdır. Bu, allogen donordan laboratoriyada yetişdirilən qanın ilk köçürülməsidir və biz klinik sınağın sonunda hüceyrələrin nə qədər yaxşı işləməsini görməyimizdən şadıq", - bunu Bristol universitetinin hüceyrə biologiyası professoru və qan və eritrositlərdən hazırlanan məhsullar üzrə NİHR transplantasiyası bölməsinin ditektoru Eşli Toy deyib.
Əsası donorların kötük hüceyrələri olan süni hüceyrələri alimlər indikator elementi ilə nişanlayıb, bu da onları qan nümunələrində aşkar etməyə və nə qədər müddətdə saxlanılmasını müəyyən etməyə kömək edəcək.
Bir neçə ay ərzində sınaqlar 10 pasiyentədək
genişlənəcək və labotaroriyada yetişdirilən hüceyrələrin elə həmin donorun standart eritrositlərinə nisbətən ömrünün uzunluğunun öyrənilməsinə yönələcək.
"Biz ümid edirik ki, bizim laboratoriyada yetişdirilən eritrositlər qan donorundan alınanlardan daha uzun müddət yaşayacaq. Dünyada ilk olan sınağımız uğurlu olarsa, bu o demək olacaq ki, hal-hazırda müntəzəm olaraq uzunmüddətli qanköçürülməsinə ehtiyacı olan pasiyentlərə gələcəkdə daha az köçürmələr tələb olunacaq, bu da onların müalicəsini dəyişməyə kömək edəcək", - bunu Kembric Universiteti və Milli Səhiyyə Xidmətinin qan və transplantasiya üzrə məsləhətçi hematoloqu, transfuziya təbabəti professoru, baş elmi əməkdaşı Sedrik Qevart qeyd edib.
Kliniki istifadədən öncə bundan sonra da yeni sınaqlar lazımdır, lakin alimlər iddia edir ki, onların apardığı tədqiqat nadir qan qrupu, qanköçürmədə çətinlikləri
və oraqvari hüceyrə anemiyası kimi qan xəstəliyi olan pasiyentlərin müalicəsinin yaxşılaşmasında böyük addımdır. Belə pasientlərdə tez-tez lazımi qan qrupu axtarışı ilə bağlı problemlər yaranır.
Beləliklə, gələcəkdə insanların süni qanla təmin edilməsi çoxsaylı insan həyatını xilas etməyə imkan verəcək.