Saakaşvilinin vəziyyəti get-gedə pisləşir...
Ekskluziv
3483
08 Nov 2022 | 20:33

Saakaşvilinin vəziyyəti get-gedə pisləşir...

Həkimlər onda vərəm, demensiya və daha 34 diqnozdan şübhələnir
 
"Sabiq dövlət başçısı xaricdə xüsusiləşdirilmiş klinikaya köçürülməlidir..."
 
"50 günlük aclıq nəticəsində Saakaşvili 30 kq arıqlayıb və səhhəti tamamilə pozulub..."
 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidə vərəm və demensiya aşkar edildiyi güman olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterpressnews" nəşrinə müsahibəsində onun vəkili Şalva Xaçapuridze məlumat verib.
 
"Söhbət güman edilən diaqnozlardan gedir, hələlik, son diaqnozlar müəyyən edilməyib, biz gözləyirik, - vəkil deyib. - Mən demensiya və vərəmdən şübhələnirəm, söhbət daha 34 xəstəlikdən gedir".
 
Xaçapuridze vurğulayıb ki, bunlar şübhələrdir, bu istiqamətdə iş aparılır, yaxın zamanlarda Gürcüstanın sabiq prezidentinin müayinələrinin nəticələri gözlənilir.
 
Bundan öncə məlumat verilib ki, Gürcüstan məhkəməsi tərəfindən iki iş üzrə- "korrupsiya və xidmət səlahiyyətlərini aşma" maddələrilə altı il azadlıqdan məhrum edilən Mixail Saakaşvili etiraz əlaməti olaraq 50 günlük aclıq elan edib, bundan sonra onun sağlamığında ciddi problemlər yaranıb və o, bir neçə ay Tbilisinin "Vivamed" klinikasına köçürülüb və orada mühafizə altındadır. 
 
Həkimlər onda anoreksiya, bir sıra ərzaq məhsullarını qəbul edə bilməməsi və stressdən sonrakı depressiya fonunda əzələ kütləsinin azalması müəyyən edib.
 
Gürcüstan parlamentinin deputatı Koba Nakopiya klinikada Saakaşvilini ziyarət edərək onun vəziyyətinin pis olduğunu təsdiq edib və məlumat verib ki, sabiq prezident həbsdə olduğu müddətdə 30 kq arıqlayıb.
 
Deputatın sözlərinə görə, Saakaşvilinin səhhəti hakimiyyətin üzərindədir. O, hesab edir ki, sabiq dövlət başçısı xaricdə xüsusiləşdirilmiş klinikaya köçürüıməli və orada müvafiq tibbi yardım almalıdır.
Link kopyalandı!
Son xəbərlər