Aİ rəsmisi Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü şərh etdi - FOTO
Siyasət
3116
08 Nov 2022 | 17:19

Aİ rəsmisi Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü şərh etdi - FOTO

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün vacibliyinə diqqət çəkib.
 
Toivo Klaar bu barədə “Twitter”də bildirib.
 
“Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, - T. Klaar qeyd edib.

 

Link kopyalandı!
Son xəbərlər