Türkiyə PA-nın idarə rəisi:
Siyasət
2530
08 Nov 2022 | 13:43

Türkiyə PA-nın idarə rəisi: "Qarabağ bir daha əsarət altına düşməyəcək"

"Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər - red) kölgə salmağa çalışırlar".
 
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
 
O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:
 
"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda - hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".
 
Link kopyalandı!
Son xəbərlər