Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb
Cəmiyyət
2572
07 Nov 2022 | 19:36

Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
"Report"un Qərb bürosunun məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
 
Onun şəxsiyyəti dəqiqləşdirilir.
 
Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər