Aleksandr Nevzorov azyaşlı oğlu ilə Qərbə qaçan rusiyalı qadının videosunu yaydı...
Ekskluziv
3224
06 Nov 2022 | 21:03

Aleksandr Nevzorov azyaşlı oğlu ilə Qərbə qaçan rusiyalı qadının videosunu yaydı...

"Rusiyalılar, ayılın, bizə heç kim hücum etməyib! Bizə heç kim nifrət etmir!Bu qanlı savaşı Rusiya başlayıb! Bir düşünün!.."
 
"Mənə eyham vurulurdu ki, müxalif baxışlara, ölkəmizə dost olmayan ölkə vətəndaşı ilə əlaqələrə görə böyük müddətə həbs oluna bilərəm..."
 
"Türkiyədə, Serbiyada, Xorvatiyada mən neqativ münasibətlə üzləşmədim, əksinə, mənim halıma acıyır, dərdimə şərik olurdular..."
 
"Hər şey necə də 1940-cı ildə Hitlerin hipnozuna düşməyən və ölkədən baş götürüb gedən alman qadınlarının tarixçələrinə bənzəyir..."
 
Ölkədən qaçan rusiyalı qadın Qərbdə əzablı günlərindən danışıb
 
Rusiyalı müxalifətçi, teleaparıcı Aleksandr Nevzorov azyaşlı oğlu ilə Qərbə qaçan rusiyalı qadının videosunu dərc edib.
 
Qadın danışıb ki, vətənini tərk etmək məcburiyyətində qalıb, çünki Polşa vətəndaşına ərə gedib və iş yoldaşları bundan xəbər tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə Nevzorov özünün Telegram-kanalında paylaşım edib.
 
"Mən hərbi şəhərcikdə işləyirdim. Mülki vəzifədə olduğumdan məxfi sənədlərə çıxışım olmayıb. Lakin bu zaman təzyiqlər başladı, mən söhbətlərə dəvət olunurdum, mənə eyham vurulurdu ki, ya getməliyəm, ya da ərimdən imtina etməliyəm.
 
Mənə xatırladırdılar ki, müxalif baxışlara, ölkəmizə dost olmayan ölkə vətəndaşı ilə əlaqələrə görə çox böyük müddətə həbsxana cəzası verilə bilər. Eyham vururdular ki, mən işdən azad edilə bilərəm, oğlumu bir daha görməyəcəyəm, onu atasına verəcəklər", - rusiyalı qadın danışıb.
 
O, izah edib ki, sərhədi qeyri-leqal olaraq keçib, çünki oğlunun bioloji valideyni onun Rusiyanın sərhəddindən kənara çıxışına qadağa qoyub.
 
"Biz əvvəlcə Türkiyədə yaşayırdıq, mən bir ay olduğumuz müddətdə neqativ münasibətlə üzləşmədim. Sonra Serbiyada yaşadıq, orada da neqativ münasibət görmədim, mənim tarixçəmi öyrənənlər yalnız halıma acıyır, dərdimə şərik olurdular. 
 
Hazırda mən Xorvatiyadayam. Biz sərhəddi qeyri-leqal olaraq keçmişik, çünki uşağa leqal viza düzəltmək ikinci valideynin izni olmadan mümkün deyil. Biz son həddə əl atdıq-qeyri-leqal olaraq sərhəddi keçib sığınacaq istəmək qərarına gəldik", - rusiyalı qadın öz əzablarından danışıb, əlavə edib ki, onun tarixçəsini öyrənən hər kəs ona kömək etməyə çalışıb.
 
"Biz polis sahəsində 10 saat keçirdik. Və hətta orada da neqativ münasibət görmədik. Elə həmin canıyananlıq, insanların kömək etmək istəyilə rastlaşdıq.
 
Mənin əlimdə sənəd var və Xorvayiyada 15 gün qala bilərəm, sonra ölkəni tərk etməliyəm. Lakin oteldə birgə olacağımız insanlar da bizə kömək etmək istəyir. Biz burada bir nəfər tapmışıq, o, burada qaçqın kimi qalmağımıza kömək edəcək, daha sonra Polşaya, ərimin yanına gedə biləcəyik", - qadın danışıb.
 
O, həmvətənlərinə hakimiyyətə korcasına inanmamağa və Kremlin  təbliğat telekanalları vasitəsilə yayımlanan narrativlərini dinləməməyə çağırış edib.
 
"Rusiyalılar, ayılın, bizə heç kim hücum etməyib! Bizə heç kim nifrət etmir. Bu müharibəni Rusiya başlayıb. Mən Ukrayna uşaqlarının qorxu dolu gözlərini görmüşəm, mən oradan qaçan indanlarla söhbət etmişəm. Bunlar feyk deyil, Ukrayna Silahlı Qüvvələri öz sakinlərini bombalamır. Rusiya bu qanlı savaşı aparır. Hökumət sizə yalan danışır! Təbliğat, təbliğat, təbliğat. İmperiya Z-matrisasıdır. Bir düşünün!", - rusiyalı qadın çağırış edib.
 
"Hər çey necə də heyrətcəsinə 1940-cı ildə Hitlerin hipnozuna düşməyən və ölkədən baş götürüb gedən alman qadınlarının məlum tarixçələrilə sözbəsöz üst-üstə düşür", - videoçarxı Nevzorov belə şərh edib.
Link kopyalandı!
Son xəbərlər