İran
Gündəm
3868
06 Nov 2022 | 18:35

İran "Ghaem-100" daşıyıcı raketin uğurla buraxılışını həyata keçirib, ABŞ əsəbidir...

"Yeni raket İranın "Nahid" rabitə vasitələrinin gələcək buraxılışı üçün istifadə edilə bilər..."

 

"ABŞ kosmik daşıyıcı raketlərin nüvə döyüş başlıqlarının buraxılışı üçün istifadə edilə biləcəyindən narahatdır..."

 

"Bu ilin avqust ayında İranın orbitə çıxarılan "Gheam" peyki Yaxın Şərqdə hərbi obyektlərin izlənilməsi üçün istifadə edilə bilər..."

 

Noyabrın 5-də İran "Ghaem-100" daşıyıcı raketin uğurla buraxılışını həyata keçirib. Bu, bərk yanacaqlı üçmərhələli raketdir, çəkisi 80 kq-dək olan peykləri 500 km hündürlükdə orbitə çıxara bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə İranın "Mehr News Agency" informasiya agentliyi məlumat yayıb.

 

Buraxılış İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadənin və ölkənin Silahlı Qüvvələrinin bir qrup rəsmi şəxslərinin iştirakı ilə həyata keçirilib.

 

İranın raketi haradan buraxması barədə məlumat verilmir. Yeni raket İranın "Nahid" rabitə vasitələrinin gələcək buraxılışı üçün istifadə ediləcək, Əli Hacızadə deyib.

 

ABŞ Dövlət Departamenti İranın daşıyıcı raket buraxılışı ilə bağlı narazılığını ifadə edib və bəyan edib ki, "bu cür buraxılışlar sabitliyin pozulmasına gətirib çıxarır", - "Röyter" beynəlxalq agentlik məlumat verib.

 

ABŞ ehtiyat edir ki, kosmik daşıyıcı raketlərin işlənib hazırlanması proqramı nüvə döyüş başlıqlarının buraxılışı üçün istifadə edilə bilər, hərçənd, Tehran belə niyyətlərinin olmasını inkar edir.

 

Dövlət Departamentinin fikrinə görə, İran raketlərinin test buraxılışları BMT Təhlükəsizlik Şurasının "İrana belə ballistik raketlərin texnologiyalarından istifadə etməklə buraxılışlar daxil olmaqla nüvə silahı daşımaq qabiliyyəti olan ballistik raketlərlə bağlı heç bir fəaliyyətə yol verməməyə çağırış edən 2231 saylı qətnaməsinə ziddir".

 

Xatırladaq ki, avqustun 9-da İranın "Gheam" peyki Rusiyanın Qazaxıstanın Baykonur kosmodromundan start götürən "Soyuz" daşıyıcı raketinin köməyi ilə uğurla orbitə çıxarılıb.

 

Peyk yüksək icazə kamerası ilə təchiz edilib. İran iddia edir ki, bu aparatlar mülki məqsədlərlə istifadə edilir, lakin İsrail və Qərb ehtiyat edir ki, onlar İran tərəfindən Yaxın Şərqdə hərbi obyektlərin izlənilməsi üçün istifadə edilə bilər.

Link kopyalandı!
Son xəbərlər