Pentaqon UNO fenomeninin sadə izahını tapıb-bunlar Çin dronlarının uçuşunun videotəsvirləridir...
"Çin dronlarından başqa, UNO-lar meteoroloji aerostatlar kimi hava maneələri ola bilər..."
"UNO-lar milli təhlükəsizliyə təhlükə törədir və hər bir halda diqqətlə tədqiq edilməlidir..."
ABŞ kəşfiyyat xidmətləri son bir neçə illər ərzində uçan naməlum obyektlərlə (UNO) yüzlərlə görüşün sübutlarını diqqətlə təhlil edərək, bu nəticəyə gəlib ki, onların böyük bir hissəsi, əsasən, Çinin pilotsuz uçuş aparatlarının uçuşlarının videosudur.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, oktyabrın sonunda Amerika kəşfiyyatı ötən ilin hesabatını yeniləyərək Konqres üçün məxfi sənəd buraxıb.
Orijinal hesabatda UNO-nun görünməsini təsdiqləyən 144 sənədə baxılıb.
Nəşrin mənbələrinin məlumatına görə, yeni hesabatda göstərilir ki, əksəriyyət "fenomenlərin" görünməsi çox asan izah edilir.
Çin dronlarından başqa, bunlar meteoroloji aerostatlar kimi hava maneələri ola bilər.
Guya fizika qanunlarına zidd olaraq hərəkət edən UNO-nun digər müşahidələri, ehtimal ki, optik xəyalların nəticəsidir.
Xatırladaq ki, 2021-ci ilin fevralında amerikalı hərbçilər rəsmən etiraf edib ki, UNO-ların qəzaya uğradıqları yerləri öyrənib və elə anomal obyektlərə rast gəlib ki, onların xassələri elmə məlum olan materiallardan kənara çıxır.
Yarım il sonra ABŞ Milli Kəşfiyyatı Konqresin sorğusuna əsasən hesabat dərc edərək, orada 2004-cü ilin noyabrından 2021-ci ilin martınadək "naməlum hava fenomenlərinin" müşahidə edilməsi barədə məlumatlar yer alıb.
Bu ilin may ayında Nümayəndələr Palatasında Hərbi-Dəniz Kəşfiyyatının iştirakı ilə bu fenomenlərə həsr edilən xüsusi dinləmələr keçirilib.
İclaslarda konqresmenlər bu nəticəyə gəlib ki, uçan naməlum obyektlər milli təhlükəsizliyə təhlükə törədir və onlar peyda olarkən hər dəfə diqqətlə tədqiq edilməlidir.