Bizi sosial şəbəkələrdən izləyin:
Dünyanın ən böyük buzlaqlardan bəziləri 2050-ci ilə qədər yox olacaq.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.
İtaliya, ABŞ və Tanzaniyadakı bəzi buzlaqların qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər yox olacağı gözlənilir.
UNESCO məlumat verib ki, təşkilat 18 600-ə yaxın buzlağı izləyir və 2050-ci ilə qədər onların üçdə biri yox olacaq.