Səhiyyə naziri:
Cəmiyyət
3546
03 Nov 2022 | 10:38

Səhiyyə naziri: "Tibb müəssisələri ən son müasir texnoloji avadanlıqlarla təchiz olunur"

"Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələri ən son müasir texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir".
 
Bunu səhiyyə naziri Teymur Musayev deyib.
 
Onun sözlərinə görə, tibb mütəxəssislərinin peşəkarlıqlarının artırılması istiqamətində görülən işlərə xüsusi diqqət ayrılır və onlar da sektordakı dəyişiklikləri yaxından izləyirlər:
 
"İnnovativ məhsulların tanıdılmasına yönəlmiş sərgilərin keçirilməsini yüksək qiymətləndiririk. Bugünkü dövrdə tibb məhsullarını ən yüksək keyfiyyətlə istehsal edib bazara çıxarmaq kifayət etmir. Tibb məhsullarının tanıdılması istehsaldakı uğur qədər önəmlidir".
 
Teymur Musayev eyni zamanda, 2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunan sərginin keçirilməsini təklif edib.
 
O qeyd edib ki, nazirlik belə sərginin keçirilməsinə lazımi dəstəyi verməyə hazırdır.
Link kopyalandı!
Son xəbərlər