Yeni açılacaq metrostansiyanın yaxınlığında acınacaqlı MƏNZƏRƏ - FOTO
Cəmiyyət
3505
31 Oct 2022 | 14:51

Yeni açılacaq metrostansiyanın yaxınlığında acınacaqlı MƏNZƏRƏ - FOTO

Bakıda metronun “Xocəsən” stansiyasının tikintisi tamamlanmaq üzrə olsa da, yerli sakinlər bunun sevincini yaşaya bilmirlər. Çünki stansiyanın yaxınlığındakı küçədə mövcud olan acınacaqlı mənzərə onların kefinə soğan doğrayır.
 
Baku.ws-yə müraciət edən sakinlər yeni stansiyanın çıxışındakı yolun qısa zamanda təmir olunmasını istəyirlər. Hər gün evdən işə gedərkən palçıqlı yolla hərəkət etmək məcburiyyətində qaldıqlarını bildirən sakinlər bu məsələnin həllini səbirsizliklə gözləyirlər.
 
Həmçinin nəzərə almaq lazımdır ki, havaların yağışlı olması zamanı ərazidə gölməçələr də yaranır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər