Gəncə özünün yeni inkişaf dövrünü yaşayır - FOTOLAR
Cəmiyyət
Oxunub: 3413
30 Oct 2022 | 16:22
Gəncə özünün yeni inkişaf dövrünü yaşayır - FOTOLAR

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Möhtərəm Prezidentimiz İlham Əliyev isə Gəncənin tarixini, bu günkü inkişafını yüksək qiymətləndirərək dəfələrlə vurğulamışdır: “Gəncə çox qədim, gözəl, tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Yeni Gəncə dünya səviyyəli şəhərə çevrilir”.

        Həqiqətən də, Gəncə möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində günü-gündən inkişaf edir, füsunkar bir şəhərə çevrilir. Şəhərin səhiyyə, təhsil və mədəni həyatında yeniliklərə nail olunur, yeni infrastruktur layihələri icra edilir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Son illərdə şəhərin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir.

 

           Bundan əlavə, Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir.

           Hazırda Gəncə şəhərində həyata keçirilən ən önəmli və geniş miqyaslı layihələrdən biri “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsidir. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihənin icrası uğurla davam edir. Layihə çərçivəsində şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40 faizi başa çatıb.

          Məlum olduğu kimi, Gəncənin küçələrinin, qəsəbə və məhəllə daxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel şəkildə aparılır. Qeyd etmək lazımdır ki, son 4 ildə su-kanalizasiya sistemlərinin yenilənməsi işləri tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülmüş, 20-dən artıq küçədə təmir işləri aparılmış, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənmişdir. Gəncədə sovet dövründə belə asfalt üzü görməyən ara küçələr asfaltlanır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində içməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri hazırda da davam etdirilir. Növbəti mərhələdə daha 50-dən artıq küçədə anoloji işlərin aparılması nəzərdə tutulub. Hazırda, Təbriz küçəsində içməli su xətlərinin çəkilməsi üzrə 4,  çirkab su xətlərinin çəkilməsi üzrə 2 briqada çalışır. Layihənin icrası Təbriz küçəsi ilə yanaşı,  Pərviz Səmədov və Şota Rustaveli küçələrində də həyata keçirilir.

         Gəncə şəhərində icra olunan digər iri miqyaslı layihə isə müasir küçə işıqlandırılması sistemlərinin qurulması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur ki, hazırda işlərin böyük bir hissəsi başa çatdırılıb. Bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq, qismən istifadəyə verilib və bu istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün ərazilərə enerjinin verilişi təmin olunacaqdır. Layihənin cari ilin sonunadək icra olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərində müasir küçə işıqlandırılması sistemi qurulacaqdır.

          Gəncədə çoxmənzilli yaşayış binalarının dam ötrüklərinin yenilənməsi və fasadlarının təmirinə də diqqət yetirilir. Şəhərdə ümumilikdə 865 çoxmənzilli yaşayış binası mövcuddur ki, bunlardan 645-nin dam örtüyü tamamilə yenilənib. Daha 220 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi istiqamətində isə işlər davam etdirilir. Gəncə şəhərində olan çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri ilə bağlı da müəyyən işlər görülür. Mənzil fondu əsaslı təmir olunan 208 binanın 30-dan çoxunda işlər son 3 ildə icra edilib. Növbəti mərhələdə isə daha 60 binanın fasadının təmiri planlaşdırılır.

           Çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması da diqqətdə saxlanılan məsələlərdəndir. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz və Nizami bələdiyyələri tərəfindən şəhər ərazisində “Abad məhəllə”lər yaradılır. “Abad məhəllə” layihəsi çərçivəsində məhəllələrdə asfalt örtüyü salınır, tamet daşlar vurulur, yeni bardurlar, işıq dirəkləri quraşdırılır, məişət tullantıları üçün qutular yerləşdirilir. Eyni zamanda yaşıllaşdırma işləri aparılır, dekorativ agaclar əkilir, yaşıllıqların suvarılması üçün su xətləri çəkilir. Çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılarkən, sakinlərin istirahəti də nəzərə alınır. Sözügedən ərazilərə skamyalar yerləşdirilir, uşaq meydançaları quraşdırılır. Şəhərdə həyata keçirilən məhəllələr arası abadlıq işləri mərhələli şəkildə bütün yaşayış binalarının həyətlərində aparılacaqdır.

          Qeyd etmək lazımdır ki, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərləri də bu diqqətin və qayğının bariz nümunəsidir. Ölkə Prezidenti 18 il ərzində Gəncəyə 18 dəfə səfər edib, bu səfərlər həmişə unudulmaz və əlamətdar olmuşdur, çünki şəhərdə müxtəlif obyektlərin təməl qoyma və açılış mərasimlərində Prezident şəxsən iştirak etmişdir. Dövlətimizin başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunmuşdur. Son 4 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib. “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu bu qəbildən olan obyektlərdəndir.  

          Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı, yeni məktəb binalarının tikintisi istiqamətində də işlər davam etdirilir. Gəncə şəhərində olan təhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması, yenilərinin inşası prioritet məsələlərdən biri olmaqla daim diqqət mərkəzində saxlanılır. Son 4 ildə Gəncə şəhər 7, 18, 28 və 34 nömrəli tam orta məktəblər müasir standartlar səviyyəsində yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib. Bununla yanaşı, Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılıb, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilib.

           Yenidən qurularaq istifadəyə verilən müəssisələrdən biri də  Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzidir. Bununla yanaşı, 2 nömrəli şəhər Poliklinikasında və Təcili Tibbi Yardım Xəstəxanasının İnzibati binasında cari təmir işləri aparılıb, 2 korpus və yardımçı binalardan ibarət olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının, Gəncə Dövlət Universitetinin 3 korpusdan ibarət tələbə yataqxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.  

         Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

           Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar və onların sırasında gəncəli gənclərin də olmağı şəhərimizin uğurudur. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər davam edir. Gəncə İdman Litseyi Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Park-Kompleksinin ərazisində futbol meydançasının inşası başa çatdırılıb, Yeni Gəncə yaşayış massivi və Sadıllı qəsəbəsində yerləşən mini-futbol meydançaları yenidən qurulub. Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yeni korpuslarının və idman qurğularının, habelə “Futbol akademiyası və təlim mərkəzi”nin, habelə Gəncə İdman Sarayının inşası sürətlə davam etdirilir.

        

         Gəncədə yerləşən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsi də daim dövlətin diqqət mərkəzindədir. F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Uşaq Rəssamlıq Məktəbinin və N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin təmir-bərpa işləri bu qəbildəndir.

           Böyük fəxrlə qeyd etmək lazımdır ki, fərqli illərdə müxtəlif titullara sahib olan Gəncə 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülmüş, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir. Nizami yurdu üçün ən uğurlu layihələrdən biri isə Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Gəncə bu proqrama Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulub. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.

           Qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində olan yaşıllıq zolaqlarının qorunub saxlanılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində mütəmadi iş aparılır. Gəncədə olan yaşıllıq zolaqlarına daimi qulluq göstərilir, şəhər ərazisində mütəmadi olaraq iməcilik və ağacəkmə aksiyaları təşkil olunur. Bu istiqamətdə atılan addımlardan biri də Gəncədə “Ekoloji Park Kompleksi”nin yaradılmasıdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehaslat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində 11 hektar ərazini əhatə edəcək parkda müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri yetişdirilir. Gülçülük təsərrüfatında 30 növdə 60000-ə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir. Əkilib-becərilən bitkilər daha sonra şəhərin müxtəlif ərazilərinə köçürülür. Bununla yanaşı, MKTİB-nin Gülçülük təsərrüfatında yetişdirilən ağac tingləri və digər dekorativ bitkilər tək Gəncə üçün deyil, paytaxt Bakıya, həmçinin Xan çinarlarının tingləri isə Qarabağ torpaqlarında əkilmək üçün göndərilir. Bu kompleksdə  həmçinin müxtəlif növ balıqların saxlanılması üçün akvariumlar, əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri və s. yerləşdirilməsi də planlaşdırılır.

           Gəncə son illərdə bir çox beynəlxalq tədbirlərə, əhəmiyyətli layihələrə də ev sahibliyi edib. Bu sırada Azərbaycanda alman irsinin izlərinə və memarlığına həsr edilən “Germaniajan” sərgisini, “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landermanın fotosərgisini, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdman Federasiyasının təşkilatçılığı ilə “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsi çərçivəsində keçirilən velosiped yürüşünü, Azərbaycan Avtomobil Federasiyanın təşkilatçılığı ilə keçirilən “VI Challenge Gəncə - idman avtomobillərinin yarışını da qeyd etmək olar.

         Gəncə şəhəri 44 günlük Vətən müharibəsi dövründə 100-dən artıq şəhid qarşıladı. Cəbhə bölgəsindən xeyli aralıda yerləşməsinə baxmayaraq Gəncə şəhəri mənfur düşmənin hədəfinə çevrildi. Gəncə 4, 5, 8, 11  və 17 oktyabr 2020-ci il tarixlərində Erməni silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qaldı. Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak oldu, 142 mülki şəxs yaralandı.

          Müharibə iştirakçıları və şəhid ailələrinin təklifi nəzərə alınaraq Gəncənin Şəhidlər xiyabanında üzərinə itkin düşmüş 90 nəfərin adı həkk olunan lövhə quraşdırılıb. Bununla da I Qarabağ savaşında itkin düşmüş Gəncə şəhər sakinlərinin adları əbədiləşdirilib.

         Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Gəncənin “İstiqlal” parkında “Memorial Abidə Kompleksi” inşa edilib. Ümumi sahəsi 1200 kv.m olan Kompleksdə uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkili və müxtəlif atributlar vurulub. “Memorial Abidə Kompleksi”nin hissəsi olan "Qalib Azərbaycan əsgəri" heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib.

          Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların tanıdılması məqsədilə respublikamızda ilk dəfə “gencesehidleri.az” saytı yaradılaraq istifadəyə verilib.

          Bunlarla yanaşı, Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə də abidə ucaldılıb. Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidləri – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidə “Şah Abbas – Cümə məscidi”nin önündə yerləşdirilib.

         Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, bu günlərdə Gəncədə piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mövcud olan yeraltı keçidlər də tam təmir olundu. Təmir işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və Qəza xidməti şöbəsi tərəfindən şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərinin kəsişməsində, Şah İsmayıl Xətai prospektində yerləşən yeraltı keçidlərdə aparıldı. Keçidlərin tavan hissələri, pilləkənları, tutacaqları, pandusları təmir olunaraq, keçidlərinin daim işıqlı olması məqsədilə müasir lampalar quraşdırılıb. 

          Ölkə başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

         Gəncədə  şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verir, problemlərin bir çoxu elə yerindəcə öz həllini tapır.

           Bu videoda  gördüyünüz xanımlar Gəncədə yaşayan şəhid analarıdır. Gəncədə İmamzadədə şəhidlərimizin anım günü ilə bağlı açılan ehsan süfrəsində  bu xanımlar Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov haqqında xoş sözlər deyirlər. Qayğı göstərilir ki, bu analar da belə razılıq edirlər. Heç bir şəhid anası övladının qanı üzərindən yalan söyləməz. Mənim yaxın qohumum Əliyev Tunar 44 günlük müharıbə dövründə Gəncənin ilk şəhidlərindən olub. Mən onun timsalında gördüm ki, Niyazi müəllimin rəhbərliyi ilə Gəncədə qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə neçə diqqət və qayğı göstərilir.

           Ümumiyyətlə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sadəcə həssas kateqoriyadan olan şəxslərə deyil, uşaqlara, gənclərə, yaşlılara, bir sözlə bütün şəhər sakinlərinə diqqətlə yanaşır. O, mütəmadi olaraq şəhər ağsaqqalları ilə görüşlər keçirir, Gəncə Uşaq Evinin sakinlərini ziyarət edir. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinləri narahat edən məsələlərin qanuna müvafiq qaydada həllinə çalışılır. Şəhər rəhbəri asudə vaxtlarını da şəhər sakinləri ilə keçirməyi üstün tutur.

            Bundan başqa Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında aktivlik nümayiş etdirərək, təkliflərlə çıxış edən sakinlərlə də vaxtaşırı görüşür, şəhər sakinlərini narahat edən məsələlərin həll olunması istiqamətində lazımi addımlar atır.

          Yeri gəlmişkən qeyd etmək lazımdır ki, elə icra başçıları var ki, onun həndəvərinə belə yaxınlaşmaq olmur. Amma Niyazi müəllim  şəhərdə mühafizəsiz gəzir, onu şəhərin istənilən hissəsində görmək mümkündür. İstənilən vətəndaş ona yaxınlaşıb öz problemi haqqında məlumat verə bilər. Mən şəxsən şahidi olmuşam ki, hətta yas mərasimlərindən çıxanda belə dəfələrlə ona vətəndaş yaxınlaşıb öz sözünü deyib. Niyazi müəllim o qədər müsbət insani keyfiyyətlərə malik insandır ki, səbrlə həmin şəxsi dinləyib onun problemlərini həll edib.

          Niyazi Bayramov Cənab Prezidentin tapşırıqlarına ləyaqətlə əməl edən bir icra başçısıdır və bu əqidədə olan komanda formalaşdırıb. Gəncədə 2018- ci ilin məlum hadisələri zamanı cənab Prezident Niyazi Bayramova etimad göstərib onu şəhərimizə icra başçısı təyin etdi. Niyazi Bayramov gəlişi ilə şəhərdə sakitlik, stabillik yaratdı. Niyazi müəllim şəhərə icra başçısı təyin edilən gündən Gəncədə heç bir sahibkar incidilmir, heç kimə haqq qoyulmayıb, insanlar azaddır, hamı öz işi-gücü ilə məşğuldur. Məhz bunlar  cənab Prezidentin göstərişləridir ki, şəhər rəhbərliyi də bu göstərişlərə ləyaqətlə əməl edir. Belə müsbət keyfiyyətlərinə görə bütün Gəncəlilər Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq belə bir şəxsi şəhərimizə rəhbər təyin etdiyinə görə Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk.

         Bir daha vurğulamaq istəyirəm ki, elə icra başçıları var ki, həndəvərinə yaxın belə düşmək olmur. Özünü kimdən qoruyur bilinmir. Amma Gəncənin İcra Başçısı Niyazi Bayramov, onun birinci müavini Səməd Tomuyev bütün günü insanların arasındadır. Cənab Prezidentin tapşırdığı kimi xalqa ləyaqətlə xidmət edir. Lev Tolstoyun belə bir ifadəsi var: "Sadəlik  mənəvi gözəlliyin əsas şərtidir". Maraqlı bir faktı qeyd etmək yerinə düşər. 10 avqustda keçirilən səyyar qəbulda Gəray Əhmədov adlı 7-ci sinif şagirdi yaxınlaşıb Niyazi müəllimi  ad gününə dəvət etdi. Niyazi müəllim bu hadisəni yadında saxlayıb, öz müavini Səməd Tomuyevlə birgə  həmin məktəblinin yaşadığı evə gedərək onun ad gününə qatıldı, onu sevindirdi, onu ad günü münasibətilə təbrk edərək nootbuk hədiyyə etdi.

 

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, təhsilə göstərdiyi qayğıdan danışaraq ona təhsilində uğurlar dilədi. Bəli, cənab Prezidentin dediyi kimi əsl məmur belə sadə, xalqın arasında, onun problemlərinə öz problemi kimi yanaşan olmalıdır.

         Sonda onu inamla söyləmək olar ki, Gəncədə yaşayan və çalışan hər kəs dövlət başçısının qayğısına, tövsiyə və tapşırıqlarına əməli işi ilə cavab verməyi özünə şərəf hesab edir. Göstərilən etimad hər zaman özünü doğruldur. Bu qədim və həmişə cavan şəhər Azərbaycanın sürətli və dinamik inkişafına öz töhfəsini verə bilir. Buna isə ən böyük stimul Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz inam, dövlətə və dövlətçiliyə tükənməz sədaqətdir.

          Qeyd edilənlər artıq formalaşmış bir ümumi rəyi, tarixi həqiqəti təsdiqləyir ki, cənab Prezidentin xüsusi qayğı göstərdiyi Gəncə şəhəri, Heydər Əliyev ideyalarına məhəbbətin mərkəz şəhəridir.

   ELÇİN CAVADOV,

   Gəncə Dövlət Universitetinin kafedra müdiri,

   texnika elmləri doktoru

Oxşar xəbərlər
13:54, Bu gün
Donetsk vilayətində Rusiyanın gözəgörünməz "Oxotnik" PUA-sı məhv edilib
13:20, Bu gün
"Müharibə suverenliyimizlə, ərazilərimizlə heç bir alver edilmədən sona yetməlidir" - Zelenski
13:15, Bu gün
"Bayden Putinin nüvə silahını tətbiq edə biləcəyindən əndişələnir" -  Uesli Klark
13:07, Bu gün
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
12:54, Bu gün
Nigeriyada ştat əhalisi daşqın səbəbindən təxliyə edilib
12:38, Bu gün
Sabah 28 dərəcə isti olacaq
12:28, Bu gün
"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb
12:17, Bu gün
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
12:12, Bu gün
Uqledarda Rusiyanın artilleriya qurğuları Ukraynanınkından 10 dəfə çox olub...
12:04, Bu gün
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
11:55, Bu gün
Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası
11:44, Bu gün
Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski
11:32, Bu gün
İran bu ölkə ilə sərhədi BAĞLADI
11:24, Bu gün
Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika
11:18, Bu gün
Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
11:06, Bu gün
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
10:56, Bu gün
İran ordusu döyüşə hazır vəziyyətə gətirildi – Oktyabrın 9-dək…
10:49, Bu gün
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
10:40, Bu gün
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
10:34, Bu gün
Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir
10:25, Bu gün
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
10:20, Bu gün
"Bəxt üzüyü"nün çəkildiyi həyət 33 il sonra - VİDEO
10:15, Bu gün
ŞOK İDDİA: "Mossad" "Hizbullahı" "ölüm düyməsi"ni başmağa belə VADAR EDİB
10:03, Bu gün
"İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin?"
09:55, Bu gün
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." 
09:46, Bu gün
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
09:38, Bu gün
Türkiyə mühüm xəbəri ELAN ETDİ: BAŞLANDI - VİDEO
09:30, Bu gün
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
09:21, Bu gün
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
09:16, Bu gün
Taksi sürücüləri üçün ÖNƏMLİ GÜN 
09:08, Bu gün
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
09:03, Bu gün
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
08:57, Bu gün
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
08:44, Bu gün
Tramp: "Bütün dünya ABŞ-a gülür"
08:35, Bu gün
Almaniyadan Ukrayna üçün QORXULU PROQNOZ - Bu qış nə baş verə bilər?
08:02, Bu gün
ABŞ-dan BMT-yə həqarət: Konqresmenlər bu dəfə beynəlxalq təşkilatı “yalançı çıxardı”
00:19, Bu gün
Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - Muxtar respublika rəhbərliyi... - AÇIQLAMA
05 Oct 2024 | 23:00
Meymunçiçəyinə qarşı ilk peyvəndləmə başlayır - ÜST bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ
05 Oct 2024 | 22:50
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
05 Oct 2024 | 22:44
Harrisin "ASAN CƏDVƏLİ" - Demokratlar nədən narazıdırlar?
05 Oct 2024 | 22:36
Çia toxumunun faydaları
05 Oct 2024 | 22:28
Makrondan çağırış: İsrailə silah tədarükünü...
05 Oct 2024 | 22:20
İsrail ordusu bu tarixdə İrana zərbə vura bilər
05 Oct 2024 | 22:08
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
05 Oct 2024 | 22:00
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi - FOTO
05 Oct 2024 | 21:50
"Nəsrullahın varisi aradan götürülüb" - ərəb KİV-ləri
05 Oct 2024 | 21:41
İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi
05 Oct 2024 | 21:35
İsrailin hərbi zavoduna raket zərbəsi endirildi
05 Oct 2024 | 21:28
İsrailin istənilən hücumuna cavabımız olacaq - İran
05 Oct 2024 | 21:20
Aynur Dadaşova tanınmaz halda - FOTO
05 Oct 2024 | 21:13
İsrailə qarşı bunu edən yeganə dövlətik - Ərdoğan
05 Oct 2024 | 21:08
Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir
05 Oct 2024 | 21:00
Avropada da mənzillər bahalaşır - Ən çox qiymət artımı olan ÖLKƏLƏR
05 Oct 2024 | 20:55
Çinin haker qrupundan ABŞ-nin telefon dinləmə sistemlərinə hücum - Təfərrüatlar
05 Oct 2024 | 20:48
“X” Braziliya 5 milyon dollar cərimə ödəyib - Səbəb
05 Oct 2024 | 20:40
Azərbaycanı, Yaponiyanı və ABŞ-ı birləşdirən heyrətamiz detal - UÇAN İNSAN
05 Oct 2024 | 20:33
Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var
05 Oct 2024 | 20:25
İrana hücum ehtimalı: ABŞ generalı İsrailə gəldi - FOTO
05 Oct 2024 | 20:17
Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!
05 Oct 2024 | 20:12
Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir
05 Oct 2024 | 20:05
Yollarımızın yeni, zolaqlı problemi
05 Oct 2024 | 19:58
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
05 Oct 2024 | 19:50
Ürəyi qorumaq üçün nə etməliyik?
05 Oct 2024 | 19:43
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
05 Oct 2024 | 19:35
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
05 Oct 2024 | 19:30
Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?
05 Oct 2024 | 19:23
Aİ bu avtomobillərə cərimə tətbiq edəcək
05 Oct 2024 | 19:15
Uğursuz insanların 10 vərdişi
05 Oct 2024 | 19:08
Ucarda ağır qəza CAN ALDI
05 Oct 2024 | 19:00
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
05 Oct 2024 | 18:50
Yuxuda dalaşmaq nə mənaya gəlir?
05 Oct 2024 | 18:43
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
05 Oct 2024 | 18:35
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
05 Oct 2024 | 18:25
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
05 Oct 2024 | 18:20
Beyruta hücum: İsmayıl Qaani yaralandı
05 Oct 2024 | 18:15
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
05 Oct 2024 | 18:10
Azərbaycanın dünya çempionatında 2-ci medalı
05 Oct 2024 | 18:07
Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 17:57
"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?
05 Oct 2024 | 17:52
İranda terror aktının qarşısı alındı
05 Oct 2024 | 17:47
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 17:42
Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...
05 Oct 2024 | 17:38
Doğulduğumuz ay xarakterimizə təsir edir?
05 Oct 2024 | 17:30
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
05 Oct 2024 | 17:25
Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu
05 Oct 2024 | 17:20
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
05 Oct 2024 | 17:04
Növbəti 2 günlə bağlı SARI XƏBƏRDARLIQ
05 Oct 2024 | 16:57
Qərbdən təlimat gəldi - Yeni Zəngəzur planı ilə hərəkətə keçdilər
05 Oct 2024 | 16:51
Əcnəbi ilə ailə quran azərbaycanlı xanım: "Evlilik təklifini dayanacaqda etdi" - FOTO
05 Oct 2024 | 16:45
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü - VİDEO
05 Oct 2024 | 16:40
Uşaqlar liftdə köməksiz qaldı - VİDEO
05 Oct 2024 | 16:35
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
05 Oct 2024 | 16:29
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN
05 Oct 2024 | 16:23
Cüdoçumuz bürünc medal əldə etdi
05 Oct 2024 | 16:17
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
05 Oct 2024 | 16:12
Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı - FOTO
05 Oct 2024 | 16:07
Azərbaycan təmsilçisi gümüş medal qazandı
GÜNLÜK
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 15:09
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
05 Oct 2024 | 15:26
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
05 Oct 2024 | 14:36
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
05 Oct 2024 | 16:35
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 14:52
Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən AĞIR GƏLƏCƏK...
05 Oct 2024 | 14:47
Makrondan Bakıya yersiz çağırış – Nə qədər ki, səfiri Şuşaya getməyib...
05 Oct 2024 | 16:17
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
HƏFTƏLİK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 15:09
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
05 Oct 2024 | 15:26
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
05 Oct 2024 | 14:36
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
05 Oct 2024 | 16:35
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 14:52
Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən AĞIR GƏLƏCƏK...
05 Oct 2024 | 14:47
Makrondan Bakıya yersiz çağırış – Nə qədər ki, səfiri Şuşaya getməyib...
05 Oct 2024 | 16:17
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?