Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında baş tutan telefon danışığı zamanı Ukraynanın “çirkli bomba”dan mümkün istifadəsi üzrə müzakirələr davam etdirilib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyi Gerasimovun Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakinlə telefon danışığı apardığını bildirmişdi.
Eyni zamanda, oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin, Fransanın müdafiə naziri Sebastyan Lekornyu, Türkiyənin müdafiə naziri Hulusi Akar və Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə telefon danışıqları barədə məlumat verilmişdi. Rusiya hərbçiləri Kiyevin “çirkli bomba” və ya az güclü nüvə silahından istifadə edərək təxribat yaratmaq planları barədə məlumatlara malik olduqlarını bildiriblər.