Ekskluziv
4376
24 Oct 2022 | 13:48

"Ukrayna şəhərlərinə zərbələr endirən İran dronları İsrail üçün nəzərdə tutulub..."

"Biz İran PUA-larını vurmaq üçün bahalı raketlərdən istifadə edirik, başqa yolumuz yoxdur..."
 
"Kiyevdə İran dronunun Kalaşnikov avtomatından vurulması halı da olub..."
 
İsrail Kiyevə İranın pilotsuz uçuş aparatları ilə mübarizə üçün kəşfiyyat məlumatlarını təqdim edib
 
Ukraynalı məmur İsrailin Kiyevə İran PUA-larını hədəfə almaq üçün faydalı olan kəşfiyyat məlumatlarını təqdim etməsi barədə qeyri-rəsmi bəyanat verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
 
Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bəyan edib ki, İsrail, mümkündür ki, öz ərazisində təhlükə ilə mübarizədə öz taktikasını təkmilləşdirmək imkanını əldən verir. Onun sözlərinə görə, bizim ölkəmiz Kiyevə PUA-larla mübarizədə kömək etməklə belə imkanı qazana bilər.
 
"Ukrayna şəhərlərinə zərbələr endirən İranın PUA-ları Ukrayna üçün nəzərdə tutulmayıb, - Yuri Sak vurğulayıb. - Onlar İsrailə zərbələr endirilməsi üçün istehsal edilib. Hazırda Ukrayna sınaq poliqonu kimi istifadə edilir ki, İran PUA-larının zəif yerlərini görmək mümkün olsun, tez və gec onlar İsrailə qarşı istifadə ediləcək".
 
PUA-ların Kiyevə hücumlarından sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsrailə müraciət edərək, hava hücumundan müdafiə vasitələri tədarük etməsini xahiş edib.
 
Bu bəyanat İsrailin müdafiə naziri Beni Hans tərəfindən rədd edilib, çünki Suriyada reydlərin keçirilməsində İsrail Rusiyanın İsrail HHQ ilə  əməkdaşlığından asılıdır. 
 
Hansın sözlərinə görə, İsrail Ukraynaya HHM sistemlərini deyil, erkən xəbərdarlıq sistemlərini təqdim edəcək.
 
Bununla yanaşı, ukraynalı məmur iddia edir ki, İsrail İran istehsalı olan PUA-ların zəif yerlərini aşkar etmək üçün Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarını təqdim edib.
 
Maneələrə rəğmən, Ukrayna hərbçiləri hazırda müntəzəm olaraq Rusiyanın avqust ayında İrandan aldığı "Shahed-136" kamikadze-dronlarının 70 faizini vurur.
 
Bunu müdafiə nazirinin müşaviri "The New York Times" nəşrinə müsahibəsində deyib. "Biz yeni gerşəkliyə tez uyğunlaşmağa cəhd edirik", - o, əlavə edib.
 
Yuri Sakın sözlərinə görə, əgər Ukrayna PUA-ları üç istiqamətdə vurmağı öyrənəcəksə, müttəfiq ölkələrin silahlı qüvvələri bu çətinliklə əldə edilən təcrübədən istifadə edə biləcək.
 
Hələlik, belə məqsədlə "yer-yer" sinifdən olan raketlərdən istifadə edilir. Lakin Ukrayna HHQ nümayəndəsi Yuri İqnatın dediyi kimi, bu, çox bahalı prosesdir...
"Biz İran PUA-larını bahalı raketlərlə məhv etməyimizdən məyusuq. Amma nə etməli? Bugünkü gerçəklik bundan ibarətdir".
 
Lakin bir neçə gün öncə Kiyevdə üç polisin Kalaşnikov avtomatından PUA-nı vurması kimi hal da olub. Onlar üçbucaqlı formasında olan silahın uçub gəlməsini görüb. 
 
"Qərar qəbul etməyə zamanımız çox az olub", - bunu daxili işlər idarəsinin atəş üzrə təlimatçısı çavuş Aleksandr Kravçuk xatırlatır. O, nişan almağa cəhd edib, PUA-nın sürətini nəzərə alaraq bütün 30 patronlarını buraxıb, nəticədə PUA yolundan kənara çıxaraq dayandığı yerdən təxminən 70 metr aralıda dağılıb. "Biz onu eşitdik, biz onu gördük, sonra atəş açdıq".
Link kopyalandı!
Son xəbərlər