İsrail hökuməti Baş Qərargahın yeni rəhbərinin namizədliyini təsdiqləyib
Dünya
3546
23 Oct 2022 | 19:24

İsrail hökuməti Baş Qərargahın yeni rəhbərinin namizədliyini təsdiqləyib

İsrail hökuməti Baş Qərargahın yeni rəhbəri general-mayor Herzl Halevinin namizədliyini təsdiqləyib.
 
Bu barədə İsrailin "Ediot Ahronot" nəşri məlumat yayıb.
 
İsrail Müdafiə Qüvvələrinin 23-cü Baş Qərargah rəisi 2023-cü il yanvarın 17-də vəzifəsinin icrasına başlayacaq və o, vəzifəsini tərk edən general-leytenant Aviv Koçavini əvəz edəcək.
 
Halevi bundan əvvəl Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəsinə rəhbərlik edib. Hazırda isə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.
Link kopyalandı!
Son xəbərlər