Fevralın 24-də Rusiya Ukraynaya, o cümlədən Belarusdan da genişmiqyaslı işğala başlayıb. Halbuki bir neçə gün əvvəl Belarusun müdafiə naziri ukraynalı həmkarını Ukraynaya Belarusdan heç bir təhlükənin olmadığına inandırmışdı. Aprelin əvvəlində Ukraynanın şimal rayonları Rusiya işğalçılarından azad edildi. Bundan sonra Belarus ərazisindən işğalçılar Ukrayna obyektlərinə raket və kamikadze pilotsuz təyyarələr buraxıblar...
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına məlumdur ki, Rusiya prezidenti Vladimir Putin hər gün 1994-cü ildən Belarusda hakimiyyətdə olan Aleksandr Lukaşenkoya Belarusdan Ukraynaya silahlı təcavüzə başlamaq üçün təzyiq göstərir...
Oktyabrın 4-də Lukaşenko açıq şəkildə etiraf etdi ki, Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir. Oktyabrın 10-da o, "İttifaq dövlətinin qərb sərhədlərində" yüksək səviyyəli təhdidlərə görə "birgə regional qüvvələr qrupu"nun yerləşdirilməsi barədə Putinlə razılaşdığını açıqladı. Lukaşenkonun sözlərinə görə, yerləşdirmə oktyabrın 8-də başlayıb. Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko ölkəyə 9 minə yaxın rusiyalı hərbçinin gələcəyini bildirib...
Oktyabrın 11-də Lukaşenko Belarusda silahlı qüvvələrin döyüş hazırlığının yoxlanıldığını elan edib. Belarusun “Naşa Niva” nəşrinin məlumatına görə, bu yoxlama adı altında gizli səfərbərlik həyata keçiriləcək...