Avropa İttifaqının müşahidə missiyası Basarkeçərə gəldi…-FOTOLAR
Ekskluziv
5578
19 Oct 2022 | 18:30

Avropa İttifaqının müşahidə missiyası Basarkeçərə gəldi…-FOTOLAR

Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının nümayəndə heyəti  Ermənistanın Vardenis(Basarkeçər) vilayətinin sərhəd kəndlərinə səfər edib. Nümayəndə heyəti guya "Azərbaycanın təcavüzü nəticəsində ən çox zərər çəkən Vardenis sərhəd yaşayış məntəqələrində" olub. 
Moderator.az xəbər verir ki, bu barədə erməni mediasına Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan danışıb.
 
"Nümayəndə heyətini K.Sarkisyanın özü, Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı, polkovnik Vaqram Qriqoryan və Vardenis icmasının rəhbəri Aqaron Xaçatryan müşayiət edib.
Missiya nümayəndələri  Tretuk və Kutak kəndlərində olublar.
Polkovnik Qriqoryan 12 may 2021-ci il və 13 sentyabr 2022-ci il tarixlərində sərhəddə baş verənlər haqda məruzəni Aİ nümayəndə heyətinin üzvlərinə yerindəcə təqdim edib" -xəbərdə belə deyilir.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər