Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Bu gün saat 12 radələrində Bakıda ağır yol qəzası baş verib.
 
                                            
                                            
                                            
                                            
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, aeroport yolu kimi tanınan şossedə "Baku Electronics" şirkətinə məxsus yük avtomobili digər bir özəl şirkətə aid "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü, 40-45 yaş arasında olan Zahir adlı şəxs aldığı xəsarətlərdən vəfat edib.
 
Hadisədən sonra yolda sıxlıq yaranıb.
 
Faktla bağlı araşdırma aparılır.