Bəşir Hacıyev:
Qarabağ
4100
19 Oct 2022 | 13:33

Bəşir Hacıyev: "Ağdamdakı bütün abidələr bərpa və ya konservasiya ediləcək"

"Ağdam Azərbaycanın dağıdılmış mədəni irs mərkəzidir. Bu rayondakı bütün tarixi və mədəni abidələrin bərpası və ya konservasiyası nəzərdə tutulur".
 
Bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
 
"Ağdam çoxlu açıq səma altında tarixi və mədəniyyət muzeylərinə ev sahibliyi edəcək. Hökumətin rayonda şərabçılıq ənənəsinin bərpasına dair iddialı planları isə ekoturizmdə yeni imkanlar yaradacaq", - deyə o, əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər