Stokholmda təşkil olunacaq “Şuşa” beynəlxalq minifutbol turnirinin püşkü atılıb - VİDEO
İdman
4062
19 Oct 2022 | 12:25

Stokholmda təşkil olunacaq “Şuşa” beynəlxalq minifutbol turnirinin püşkü atılıb - VİDEO

İsveçin paytaxtı Stokholmda keçiriləcək “Şuşa” beynəlxalq minifutbol turnirinin püşkü atılıb.
 
İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin “Report”a verdiyi məlumata görə, “Susa Fotboll Masterskap 2022”də qrupların tərkibi dəqiqləşib.
 
Azərbaycan komandası A qrupunda Qazaxıstan, Albaniya və Tunislə üz-üzə gələcək.
 
Digər qruplar aşağıdakı tərkibdə formalaşıb:
 
B qrupu: İtaliya, Fransa, Yunanıstan, Nigeriya
 
C qrupu: Kolumbiya, Uruqvay, Qırğızıstan, Braziliya
 
D qrupu: Argentina, Misir, Xorvatiya, İsveç
 
Emil Mirzəyev turnirin ərsəyə gəlməsində onunla yanaşı peşəkar məşqçi Rüfət Əhmədov və “Sabah”ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryovun da əməyinin olduğunu söyləyib:
 
“Yarışı Konqresin üzvləri maliyyələşdiriblər. Bəzi məsələlərdə isə səfir Zaur Əhmədov bizə dəstək olub. Məqsədimiz bu turnirin qalibi olmaqdır”.
 
Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ili “Şuşa ili” elan etdiyindən İsveç diasporunun nümayəndələri kimi belə turnir keçirmək qərarına gəliblər.
 
Qeyd edək ki, “Susa Fotboll Masterskap 2022” turniri 21-23 oktyabr tarixlərində baş tutacaq. Azərbaycan komandası ilk görüşünü oktyabrın 21-də Qazaxıstan kollektivinə qarşı keçirəcək.

Link kopyalandı!
Son xəbərlər