Bizi sosial şəbəkələrdən izləyin:
“Türkiyə - Ermənistan münasibətlərinin normallaşması prosesində müsbət irəliləyiş var”.
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “A Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.
“Nikol Paşinyan bütün çətinliklərə, müxalifətin və diasporun təzyiqinə baxmayaraq, bu prosesi yaxşı idarə edir”, - deyə o bildirib.
“Erməni diasporu bu prosesə dəstək olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq”, - deyə İ.Kalın əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində: