“Anım tədbirlərinə əcnəbi diplomatların cəlb edilməsi mühüm əhəmiyyətə malikdir”
Gündəm
3748
18 Oct 2022 | 09:43

“Anım tədbirlərinə əcnəbi diplomatların cəlb edilməsi mühüm əhəmiyyətə malikdir”

Arzu Nağıyev: “Biz hər imkanda erməni vəhşiliyini bütün dünyanın diqqətinə çatdırmalıyıq”

 

Dünən 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket zərbələrinə məruz qalması nəticəsində həlak olan terror qurbanlarının anım tədbiri keçirilib. Tədbir ölkəmizdəki əcnəbi diplomatların iştirakı ilə təşkil edilib.

 

Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, bu cür tədbirlərdə xarici diplomatların iştirakının təmin edilməsi mühüm əhəmiyyətə malikdir:

 

“Şübhəsiz, Gəncə terroru qurbanlarının anım tədbirlərinin xarici diplomatların iştirakı ilə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu, terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də erməni terrorurunun növbəti dəfə ifşa edilməsi, bəşəriyyətin diqqətinin bir daha bu terror aktlarına cəlb edilməsi deməkdir. Bu tədbirlərdə iştirak edən əcnəbi diplomatlar, xarici qonaqlar bir daha sərhəd tanımayan erməni vəhşiliyinə, onun qorxunc nəticələrinə şahid olur, Azərbaycanın öz mübarizəsində  nə qədər haqlı olduğunu bir daha dərk edir.

 

Bu baxımdan, hesab edirəm ki, gələcəkdə də bu kimi tədbirlər əcnəbi diplomatların, QHT təmsilçilərinin, media nümayəndələrinin iştirakı ilə təşkil edilməli,  erməni terroru ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması prosesi davam etdirilməlidir. Biz hər imkanda erməni vəhşiliyini bütün dünyanın diqqətinə çatdırmalı, onların sona qədər ifşasına nail olmalıyıq”.

 

Seymur ƏLİYEV

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər