Ukraynada
Ekskluziv
5003
18 Oct 2022 | 07:54

Ukraynada "Ayı" ləqəbli terrorçu divizion komandiri zərərzisləşdirildi...-FOTO

Ukraynada  Donbasda artilleriya divizionuna rəhbərlik edən və özünü “polkovnik-leytenant” adlandıran qondarma “DXR”in baş yaraqlısı Vladimir Şeyko gəbərdilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Ştirlitz" ləqəbli zabiti Anatoli Ştefan məlumat çatdırıb.
 
“..."Ayı" ləqəbli Vladimir Şeyko psevdopolkovnik,  orkların  1-ci artilleriya divizionunun komandiri uğurla "tərxis olundu"..”, - deyə "Ştirlits" bildirib.
O, yaraqlının məhv edilməsinin təfərrüatlarını açıqlamayıb.
 
Terrorçu Şeyko əvvəllər ibtidai istintaq orqanlarından gizlənən şəxs kimi  Ukrayna Cinayət Məcəlləsinin 260 -cı( Ukrayna qanunlarında nəzərdə tutulmayan hərbiləşdirilmiş birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak) maddəsi ilə axtarışa verilmişdi.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər