“Gənc istedadlar” liseyində
Cəmiyyət
3455
17 Oct 2022 | 15:14

“Gənc istedadlar” liseyində "Nə? Harada? Nə zaman?" intellektual oyunu

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin VI sinif şagirdləri arasında Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş " Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. 
 
Oyun 6 mövzu və hər mövzu üzrə 5 sual olmaqla təşkil olunub. 
 
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən oyunda 3 komanda iştirak edib. Oyunun qalibi “Qarabağ" komandası olub. Yarışın sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.
 
Link kopyalandı!
Son xəbərlər