Fransa Ukraynaya
Dünya
3938
16 Oct 2022 | 21:05

Fransa Ukraynaya "Crotale" hava hücumundan müdafiə sistemlərini təhvil verəcək

Fransa "Crotale" hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyi planlaşdırır.
 
"Report" bu barədə "Associated Press"ə istinadən xəbər verir.
 
Bununla yanaşı, Ukrayna əsgərləri üçün təlim proqramı hazırlanır. Proqrama əsasən, təxminən 2 min ukraynalı hərbçi Fransaya göndəriləcək, onlar bir neçə həftə ərzində döyüş hazırlığı, logistika üzrə xüsusi məşğələyə qatılacaq.
 
"Crotale" hava hücumundan müdafiə sistemləri orta, aşağı və son dərəcə aşağı hündürlüklərdə hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. İstənilən hava şəraitinə uyğun qısamənzilli zenit-raket sistemləridir.
 
Atəş məsafəsi 500-10 min metr olan bu sistemlərin buraxılış qurğusundakı raketlərin sayı 8 ədəddir.
 
Qeyd edək ki, Fransa artıq 18 "Sezar" artilleriya qurğusu tədarük edib və daha altı artilleriyanın gətirilməsi ilə bağlı danışıqlar aparır.
 
“Crotale” hava hücumundan müdafiə sistemi gündüz və ya gecə istənilən hava şəraitində bir neçə hava hədəfi izləmək və onlara atəş açmaq qabiliyyətinə malikdir. Beş saniyədə eyni anda 8 hədəfi aşkarlayan silah 8 kilometr məsafədə olan hədəfi 11, 15 kilometr məsafədə olan hədəfi 35 saniyəyə məhv edir.
Link kopyalandı!
Son xəbərlər