Fəzail Ağamalıdan qardaş Türk xalqına kömür mədənində baş verən partlayışda həlak olanlara görə başsağlığı
Hadisə
4286
16 Oct 2022 | 12:20

Fəzail Ağamalıdan qardaş Türk xalqına kömür mədənində baş verən partlayışda həlak olanlara görə başsağlığı

Qardaş Türkiyənin Bartın vilayətinin Amarsa ilçəsində kömür mədənində baş verən partlayış nəticəsində çox saylı insanların həyatını itirməsi və yaralanması məni qəlbən kədərləndirdi.
 
Öz adımdan və çoxsaylı partiya üzvləri adından qardaş Türk xalqına, çox dəyərli Cumhurbaşqanı, Cənab Rəcəb Tayyib Ərdoğana faciə nəticəsində dünyasını dəyişənlərlə bağlı  dərin hüzünlə baş sağlığı verir, kədərləri ilə bölüşürəm. Uca Tanrıdan dünyasını dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm. 
 
Dərin hörmətlə, Fəzail Ağamalı. 
 
Millət Vəkili, Ana Vətən Partiyasının sədri.
 
15 Oktaybr 2022 - ci il
Link kopyalandı!
Son xəbərlər