Vardanyan Moskvaya döndü?..-Yarımçıq biznes işləri, yoxsa məsləhətləşmələr?..
Ekskluziv
5634
15 Oct 2022 | 08:14

Vardanyan Moskvaya döndü?..-Yarımçıq biznes işləri, yoxsa məsləhətləşmələr?..

Sentyabrın əvvəlindən  Azərbaycan torpaqlarında qanunsuz olaraq ictimai-siyasi, sosial-iqtisadi və s. fəaliyyətlə məşğul olan erməni mənşəli Rusiya milyarderi Ruben Vardanyanın Moskvaya dönməsi haqda informasiyalar yayılıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.
 
Əyanilik üçün xəbərin tərcüməsini nəzərinizə çatdırırıq.
 
"Təxminən bir ay əvvəl iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Artsaxa köçdüyünü öyrəndik. Sonra Artsax prezidenti Vardanyana dövlət naziri vəzifəsini tutmaq üçün açıq təklif etdi və o, cavab verdi ki, ona müvafiq səlahiyyətlər verilsə, razılaşacağını düşünür. Dünən(14.10.2022-S.L.) isə bu təklifin hələ də havada qaldığını öyrəndik. Əvəzində müxtəlif fərziyyələr dolaşır ki, Vardanyanın bizneslə bağlı yarımçıq qalmış işlər var, o, onları başa çatdırmaq qərarına gəlib. O düşünür ki, dövlət aparatıyla yenicə təmaslar qurub. Vardanyan hələ də tərəddüd edir ki, bu təyinatdan daha çox qazanacaq, yoxsa itirəcək? Başqa versiyalar da var.
 
Dünən məlumat aldıq ki, srağagün Vardanyan Moskvaya gedib. Ancaq səfərin məqsədinin nə olduğunu öyrənə bilmədik. Doğrudanmı o, işini bitirir, yoxsa təyinatdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşmələr aparılmalıdır?" -deyə erməni qəzeti sual edir.
 
Xatırladaq ki, R.Vardanyanın Rusiya prezidenti V.Putin və baş nazirin müavini D.Medvedyevlə yaxın əlaqələrdə olması haqda faktlar mövcuddur...
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər