Ekskluziv
4332
11 Oct 2022 | 15:42

"Qoşunlar tükənib, döyüş sursatları qurtarır, Surovikin kömək etməyəcək..."

"Ukrayna müharibənin gedişində dönüş etməyə müvəffəq olub, Rusiya qoşunlarının imkanları isə tükənib..."
 
"Putinin müharibə ilə bağlı qərarları yanlış olub və bu, həm hakimiyyət strukturlarında, həm də Rusiya sakinləri tərəfindən anlaşılır..."
 
Britaniyalı ekspertlər Rusiya ordusunun perspektivlərini dəyərləndirib
 
Britaniyanın hərbi ekspertləri güman edir ki, oktyabrın 10-da Ukrayna şəhərlərinin güclü atəşlərə tutulmasına rəğmən, Rusiya ordusu məğlubiyyətə məhkumdur.
 
Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri yazıb.
 
Belə ki, Britaniyanın hökumət rabitəsinin rəhbəri (bu, radioelektronika kəşfiyyatına və hökumət və ordu məlumatlarının mühafizəsinin təmin edilməsinə cavabdeh olan xüsusi xidmət orqanıdır) Ceremi Fleminq bəyan edib ki, Ukrayna müharibəsinin gedişində dönüş etməyə müvəffəq olub, Rusiya qoşunlarının imkanları isə "tükənib".
 
Bu barədə o, birləşmiş xidmətlər Kral institutunun təhlükəsizlik üzrə illik mühazirəsində danışıb.
 
Qeyd edilir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin döyüş sursatları və digər hərbi avadanlığı tükənir.
 
Eyni zamanda Rusiyanın Ukraynaya qarşı müharibəsində həm insanlar, həm də avadanlıq nöqteyi-nəzərindən məsrəfləri "heyrət doğurur". RF SQ-nin əvvəlki uğurları geriyə dönməkdədir.
 
"Biz də bilirik, rusiyalı komandirlər də yerlərdə bilir ki, onların ehtiyatları və döyüş sursatları tükənir", - Fleminq deyib və qeyd edib ki, müharibə ilə bağlı Rusiya prezidenti Vladimir Putinin qərarları yanlış olub və bu, həm hakimiyyət strukturlarında, həm də bütövlükdə Rusiya sakinləri tərəfindən anlaşılmağa başlanıb.
 
"Onlar Putinin vəziyyəti necə də lazımınca dəyərləndirə bilmədiyini görürlər", - britaniyalı məmur əmin edib.
 
Fleminq qeyd edib ki, rusiyalılar səfərbərlikdən qaçmağa məcbur olub, xaricdə sərbəst səyahət etmək imkanından məhrum olub.
 
Ekspert həmçinin əmin edib ki, Rusiya sakinləri anlayır ki, müasir texnologiyalara və qlobal meyllərə çıxış yaxın gələcəkdə onlar üçün kəskin surətdə məhdudlaşdırılacaq.
 
Öz növbəsində Böyük Britaniya müdafiə nazirliyi güman edir ki, bu yaxınlarda Ukraynada Rusiya ordusunun komandanı təyin edilən general Sergey Surovikin vəziyyəti xilas edə bilməyəcək.
 
"Oktyabrın 8-də Rusiya Federasiyası müdafiə nazirliyi Sergey Surovikinin Ukraynada Birləşmiş ordu qruplaşmasının baş komandanı təyin edilməsi barədə məlumat verib. 
 
Surovikinin RF Hərbi-Kosmik Qüvvələri və Ukraynada Cənub qruplaşmasına rəhbərlik edilməsində təcrübəsi var.
 
Surovikinin təyinatı Rusiya Təhlükəsizlik Şurasının xüsusi hərbu əməliyyatın aparılmasında uğur qazanmağa cəhd etməsini nümayiş etdirir. 
 
Lakin Surovikin Putinin qarşıda qoyduğu məqsədlərə nail olunmasında kifayət qədər silahlanması olmayan Rusiyanın getdikcə daha da parçalanan müdafiə nazirliyi ilə qarşılıqlı əlaqədə olmağa məcbur olacaq", - Britaniya idarəsinin məlumatında deyilir.
Link kopyalandı!
Son xəbərlər