İdman
3477
10 Oct 2022 | 20:30

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

İsveçrə "Sürix"inin yeni baş məşqçisi bəlli olub.
 
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bo Henriksenə tapşırılıb. Danimarkalı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
 
47 yaşlı baş məşqçi bu vəzifədə ötən ay istefaya göndərilən Franko Fodanı əvəzləyib.
 
Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Sürix"i mübarizədən kənarlaşdırıb - 3:2;2:2
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər