ABŞ ilk dəfə Kiyevi NASAMS HHM sistemləri verəcək
Dünya
3434
09 Oct 2022 | 10:31

ABŞ ilk dəfə Kiyevi NASAMS HHM sistemləri verəcək

Amerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.
 
Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək.
 
İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq.
 
HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.
Link kopyalandı!
Son xəbərlər