Tbilisidə aksiya: 
Dünya
2967
08 Oct 2022 | 13:22

Tbilisidə aksiya: "Ruslar ölkəmizə gəlməsin"

Gecə saatlarında Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra rusların Gürcüstana axınının dayandırılmasını tələb ediblər.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Sərhədi bağlayın” şüarı ilə təşkil edilən nümayişə gələnlər Gürcüstan, Ukrayna və Avropa İttifaqının (Aİ) bayraqlarını daşıyaraq Ukraynaya dəstək şüarları səsləndiriblər.
 
Nümayişçilər əllərində Rusiya əleyhinə şüarlar səsləndirib, Gürcüstan və Ukraynanın dövlət himnlərini oxuyublar.
 
Nümayişdə çıxış edənlər Rusiya vətəndaşlarının ölkəyə axınının böyük təhlükə yaratdığını müdafiə ediblər.
 
Hökumətdən Rusiya ilə sərhəd-keçid məntəqəsinin bağlanmasını tələb edən nümayişçilər tələbləri yerinə yetirilmədikcə etirazlarını davam etdirəcəklərini bildiriblər.
 
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi sentyabrın 23-27-də ölkəyə 78 742 Rusiya vətəndaşının daxil olduğunu açıqlayıb.
 
Link kopyalandı!
Son xəbərlər