Kişilər bu sözlərdən nifrət edir
Maraqlı
2876
20 Sep 2014 | 16:30

Kişilər bu sözlərdən nifrət edir

Güclü cinsin eşitmək istəmədiyi sözlər.

Adətən qadınlarla danışarkən güclü cinsin nümayəndələri sözlərini daha diqqətlə seçməlidir. Kişilərlə danışıqda isə onların nədən xoşlanıb-xoşlanmadığına diqqət yetirən demək olar ki, yoxdur. 

Moderator.az anspress-ə istinadən kişilərin nifrət etdiyi ifadələri təqdim edir. 

“Nə düşünürsən?”
Qadınlar hər şeylə maraqlanırlar, kişilər barədə də hər şeyi bilmək istəyirlər. Amma kişilər hər şeyi açıqlamağı o qədərdə sevmirlər. "Nə düşünürsən?" sualına da böyük ehtimalla həmişə “heç nə” deyə cavab verirlər. 

“Ailəm səninlə tanış olmaq istəyir”
Kişilər bu cümləni eşitməkdən qorxurlar. Bu cümlənin iki mənası var - münasibətlərimiz ciddiləşməlidir və ya özünə diqqət et. 

“Keçmiş sevgilim olsaydı”
Bu cümləni heç kim eşitmək istəməz. Bütün münasibətlər bir birindən fərqlidir. Müqayisə etmək düzgün deyil. Bu müqayisəyə heç kim uzun müddət dözməyəcək. 

“Düşünürəm ki...”
Bir qadın bu ifadə ilə cümləyə başlayırsa gələcəklə bağlı ciddi narahatlıqları var demək. 

“Sən kişisən?”
Hansı kişi kişiliyinin sorğu-sual edilməsindən xoşlanarki? Bu sözü işlətmək sizi qarşınızdakı üçün bir dəfəlik alçalda bilər. 

“Danışmalıyıq”
Bu sözdən sonra adətən müsbət heç nə baş vermir. Bu ifadə münasibətlərdə problem olduğuna işarə ola bilər. 

“Dostum evlənir” 
Məsum bir cümlə kimi görünsə də, qadınların səsindəki hüznü hiss etmək olar. Əslində qadınlar bununla "biz nə zaman evlənəcəyik" deyir. 

“Dəyişikliyi gördün?” 
Əgər sevgiliniz saç rəngini, geyimi yeniləyib və siz- kişilər bunun fərqinə varmırsınızsa təhlükədəsiniz. Buna görə də partnyorunuza qarşı daha diqqətli olun. 
Bu sualı eşidəndə "gözəlliyinə gözəllik qatmısan" deyərək qarşı tərəfin incikliyinin nisbətən 
qarşısını ala bilərsiniz. 
Link kopyalandı!
Son xəbərlər